Yuxarı

Türkiyədə Trotskinin evi satılır – 4,4 milyona

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilabçı-marksist Trotskinin İstanbuldakı evi satışa çıxarılıb.

Axar.az-ın yaydığı məlumata görə, 1917-ci il inqilabı qəhrəmanının əmlakı hazırkı sahibi Hanifi ailəsi tərəfindən 4,4 milyon dollara təklif olunur. Ailə evin yeni sahibi olacaq şəxsdən Trotskinin adının saxlanması şərtini irəli sürüb.

Üç mərtəbəli ev və 3,600 kvadrat metr sahəsi olan bağ İstanbulun Böyükadasında yerləşir. Evin 18 otağı və beş hamamı var. Ən başlıcası isə evdən dənizə gözəl mənzərə açılır. Evin köhnə olmasına baxmayaraq, balıqlar üçün təbii hovuz hələ də qalır.

Trotski 1929-cu ildə Sovet İttifaqının lideri İosif Stalin tərəfindən ölkədən çıxarılıb. O, ikinci evlilikdən həyat yoldaşı, bir nəvəsi və dörd cangüdəni ilə 4 il Böyükadada yaşayıb. Trotski 1940-cı ildə Meksikada hücum nəticəsində aldığı ağır yaralardan ölüb.

Tarix
2015.08.03 / 00:09
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla