Yuxarı

Astarada qoyun oğruları tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Astara rayonunda xırda buynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxslər ifşa olunub.

Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, rayon sakinləri Arif Xudayar oğlu Cabbarov və onun xalası oğlu Şamxal Raqib oğlu Mirzəyev avqustun 26-da gecə saatlarında rayonun Şahağacı kəndində Rövşən Yaşar oğlu Mürsəlzadəyə məxsus heyvandarlıq fermasına qanunsuz daxil olaraq oradan 7 baş qoyun oğurlamaqla əmlak sahibinə 700 manat dəyərində maddi ziyan vurublar.

Avqustun 27-də gecə vaxtı A. Cabbarov və Ş.Mirzəyev yenidən tamaha düşərək rayonun Şahağacı kənd sakini Fərqanə Rəhman qızı Hüseynovanın həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan 1 baş qoyun oğurlamaqla zərər çəkmiş şəxsə 100 manat dəyərində maddi ziyan vurublar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Cabbarov və Ş.Mirzəyev şübhəli şəxs qismində isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil veriliblər.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2015.08.30 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla