Yuxarı

Bir fotonun “yarpaq tökümü” - Video

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nəslimin yarpaq tökümü başladı, Rəfili, çoxumuz qışa qalmayacağıq".

Axar.az-ın sosial şəbəkədən götürərək təqdim etdiyi bu tarixi fotosu bəlkə də Nazim Hikmətin Mikayıl Rəfiliyə şeirinin leytmotivi ola bilər.

Ya da xatirə şəklində sənətkar ədası ilə oturmuş korifey Mirzə Babayevin "kimlər gəldi, kimlər getdi, bu dünyadan" nəğməsi onların özünə ithaf oluna bilər.

Böyük bir epopeya, nəhəng bir istedadlı nəsil, "div"lərin nəsli...

Bu fotoda kimlər yoxdu ki?!

"Emosiya azdı, emosiya", - deyən Eldəniz Zeynalov, "axı sən kimsən yoldaş Dadaşov", - özünə sual edən Yaşar Nuri, "Sənə bir gəlin tapmışam, ay Cənnət xala" ironiyası ilə dillərdə əzbər olan İlham Namiq Kamal, "o əjdahadan bizdə niyə yoxdu", - deyən Mirzə Babayev, qaçhaqovda olan oğlu Miriş - Arif Quliyev, "Bəyin oğurlanması"nı yaratmış Vaqif Mustafayev, AzTV-dən görməyə adət etdiyimiz Telli Pənahqızı və hamısı pərvanə kimi onun taxtının ətrafına toplaşıb - "Qayınana"nın...

Nitsşe yazırdı ki, insanlar da aktyorlar kimidir, səhnəni vaxtında tərk etməlidir. Ancaq bu aktyorların əksəriyyəti səhnəni də, həyatı da vaxtından çox-çox tez tərk etdilər. Nə tamaşaçı onlara doydu, nə özləri həyata.

Bu fotoya baxanda kövrəlməmək olmur. Hər kəsin qəlbinə yol tapmış sənətkarlar sanki ailəmizin bir üzvləri idi, gecə-gündüz bu insanların yaratdığı obrazlarla nəfəs alırdıq. İndi qapı-pəncərələr bağlanıb, nəfəsliklər də yoxdur, yalnız poliqon təlxəklərin, kəndirbazların öhdəsinə qalıb. Bir nəslin yarpağı töküldü, qış qalanlar da öz hücrəsinə çəkilib bayağılıqdan qaçırlar. Onlar mədəniyyət üfüqündə doğan bir günəş idi, günəş gerçəkdən də saralanda...

Tarix
2015.09.02 / 09:56
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla