Yuxarı

“Bu gedişatla Türkiyə çox çətin duruma düşə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hazırkı dönəmdə öz geosiyasi siyasi kursunu müəyyən edib, daha ardıcıl mövqe tutmasa, onda onun imkanları məhdudlaşacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin PKK və İŞİD-ə qarşı apardığı anti-terror əməliyyatları fonunda proseslərin son gedişatını dəyərləndirərkən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, hazırkı gedişat Türkiyəni çətin duruma sala bilər:

"Türkiyənin bölgə siyasəti son proseslərin əsnasında dəyişə-dəyişə gedir və manevrlər onun mövqelərini yüngülləşdirmir. Buna görə də hazırkı gedişat Türkiyəni çətin duruma düşürə bilər. Bu vəziyyətin kökündə duran əsas səbəb ondan ibarətdir ki, Ankara əvvəlcə Suriyanı dəstəklədi, sonra isə Bəşər Əsədə müharibə elan etdi, kürdlərlə barışdıqdan sonra onların mövqelərini bombalamağa başladı, eyni zamanda, İŞİD-lə bağlı qismən neytral mövqe tutdu, bunun ardınca isə beynəlxalq koalisiyaya qatıldı. Belə gedişlər Türkiyənin mövqelərini xeyli sarsıtdı və indi Ankara yenə Vaşinqtonun köməyinə möhtac qalıb. Qeyri-rəsmi mənbələr bildirir ki, Türkiyə İŞİD-ə məxfi dəstək verir. Bunu eşidən digər nüfuzlu bölgə məmləkətləri məqsədyönlü şəkildə Türkiyəyə qarşı koalisiya qurmağa başlayırlar. Əgər Türkiyə özünün siyasi kursunu müəyyən edib, daha ardıcıl mövqe tutmasa, onda onun imkanları məhdudlaşacaq".

Qeyd edək ki, Türkiyə iyulun 24-dən bu yana İraq və Suriyada PKK və İŞİD-ə qarşı anti-terror əməliyyatları aparır.

Tarix
2015.09.04 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla