Yuxarı

Çingiz Abdullayev od püskürdü: “Axmaq...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Abdullayev od püskürdü: “Axmaq...”

Rəhbər dediyiniz adam orada adi bir işçidir.

Bu sözləri xalq yazıçısı Çingiz Abdullayev onun "PEN-Klub Azərbaycan"ın prezidenti olmaması haqda mətbuatda yayılan xəbərlərlə bağlı Axar.az-a danışarkən deyib:

"Bayaq Rəşad Məcid yayılan bu xəbərlər barədə mənə dedi. Doğrusu, çox təəssüf etdim. PEN-Klubla bizim 25 illik müqaviləmiz var. Axı mən necə bu boyda yalan danışa bilərəm? Yaxşı, mən PEN-Klubun prezidenti deyiləm, yaxşı, xalq yazıçısı da deyiləm... PEN-Klubun Şöbələr və komitələr rəhbəri dediyiniz Pol Fineqan adlı adam orada adi bir işçidir, heç rəhbər-filan deyil. Axmaq-axmaq şeylər yazırlar. Belə olmaz axı. Bəzi təşkilatlar var ki, onlar bizim PEN-in qəti əleyhinədirlər. "PEN-Klub Azərbaycan" Beynəlxalq PEN-Klub təşkilatının filialı deyil. Bizim bu qurumla münasibətlərimiz gərgindir, çünki həmin qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına qarşıdır. Qarabağ məsələsinə görə rus PEN-Klubu da bizim əleyhimizədir.

Bəzi şeylər var ki, onu açıqlaya bilmirik. Birincisi, PEN-Klubun olmaması haqda iddialar yalandır. İndi mən məhkəməyə versəm, qeydiyyatı göstərsəm, onda bu yalanı yayanların halı necə olacaq?! Təşkilatın prezidenti mən, vitse-prezidenti isə Natiq Rəsulzadədir. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi".

Xatırladaq ki, PEN-Klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqan azərbaycanlı jurnalistin Çingiz Abdullayevlə bağlı göndərdiyi sorğuya cavab olaraq elə bir insanı tanımadığını bildirib.

Tarix
2015.09.10 / 11:09
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla