Yuxarı

Köşə yazarını döyənlərdən sensasion etiraflar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə köşə yazarı Əhməd Hakana hücum edənlərdən üçünün polisə verdiyi ifadələr açıqlanıb.

Axar.az-ın xəbərinə görə, Kamran Ergin və Fuad Almas yazarı döymək üçün onlara 100 min lirə (təqribən 35110 manat) təklif olunduğunu etiraf ediblər.

Bu sifariş sabiq polis məmuru Kamal Gəzər tərəfindən verilib: "Qanlıcadan təlimat gəlib. Döyüləcək bir adam var. Bu işi 2-3 gün içərisində həll edin, yaxşı paket verəcəklər".

Yazarı döyən digər şəxs - Uğur Adıyaman belə deyib: "Kamal dedi ki, rahat olun, polis şöbəsində çayınızı və şorbanızı için, ifadənizi verin, çıxacaqsınız. Üstəlik də milyonlarla insanın duasını qazanacaqsınız. Dövlət böyüklərimizdir, işin içində onlar var, sizə sahib çıxacaqlar".

K.Ergin aldadıldığı üçün K.Gəzəri məhkəməyə verəcəyini söyləyib. O, hadisə günü içki və narkotikin təsiri altında olduğunu da etiraf edib. F.Almasın sözlərinə görə, Gəzər onlara yazarın şəhidlərə ölü dediyini, HDP-yə seçkidə səs verəcəyini söyləyib.

Qeyd edək ki, jurnalist Əhməd Hakan CNN televiziyasında verilişdən çıxdıqdan sonra evinin qarşısına gələrkən avtomobildən düşən 4 naməlum şəxs tərəfindən döyülüb.

Tarix
2015.10.06 / 14:48
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla