Yuxarı

Deputatdan mühüm təklif - Qaraciyər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 faiz əlavə dəyər vergisinin götürülməsi cərrahi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclis komitələrində hökumət üzvlərinin iştirakı ilə 2016-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib. Deputat MM-də Qaraciyər köçürülməsi əməliyyatlarının dövlət tərəfindən pulsuz həyata keçirilməsi və ya yarı hissəsinin dövlət tərəfindən ödənilməsi təklifi ilə çıxış edib:

"İl ərzində həyatı vacib olan xəstələrin təcili qaraciyər əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsinə və ya ən azı yarı hissəsinin dövlət tərəfindən ödənilməsinə ciddi ehtiyac var və belə ailələr bu xahişlə millət vəkillərinə müraciət edirlər. Dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq, eyni zamanda, icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə transplantologiya əməliyyatlarının ƏDV-dən azad olunmasının müsbət addım olardı. Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı. Bu məsələnin öz həllini tapması üçün müvafiq qurumların məsələyə həssas yanaşacağına inanıram".

Tarix
2015.10.08 / 11:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla