Yuxarı

Rusiyanın İrəvana verdiyi vədlər: Müharibə başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəsin pozulması və itkilərin artması Ermənistana göstərib ki, müharibənin başlayacağı halda KTMT prosesə qarışmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, rəsmi Bakının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməkdir:

"Görünür, cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi məhz BMT sessiyası ilə bağlı idi. Rəsmi Bakının məqsədi beynəlxalq aləmin, o cümlədən BMT-nin diqqətini işğal faktına yönəltməkdir. Məhz BMT-nin 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Bu isə Azərbaycanın ciddi narazılığına səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirak etməməsi məhz bu stukturun gözləmə mövqeyində dayanmasına, Ermənistana təzyiq etməməsinə etiraz forması idi. Ermənistan Prezidenti Serj Sərkisyan BMT sessiyasında iştirak etdi. İlham Əliyev isə öz yerinə Xarici İşlər naziri Elmar Məmmədyarovu Nyu Yorka göndərdi. Elmar Məmmədyarovun BMT sessiyasındakı çıxışının əsas leytmotivi bundan ibarət idi ki, əgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsə, bölgədə müharibə qaçılmazdır".

Ekspert hesab edir ki, müharibənin başlama ehtimalı İrəvanı ciddi narahat edir:

"Müharibənin başlaması ehtimalı Ermənistan hakimiyyətini ciddi narahat edir. Çünki Ermənistanın müharibə aparması üçün resursları azdır. Müharibə Ermənistan hakimiyyəti üçün həm insan itkisi, həm də iqtisadi və sosial gərginliyin artması deməkdir. Ermənistan hakimiyyəti sadəcə, Dağlıq Qarabağın status-kvosunu qorumağa çalışır. Bu isə uzun müddət davam edə bilməz. Çünki danışıqlardan ümidini itirən Azərbaycan hakimiyyəti status-kvonu hərbi yolla dəyişmək haqqında düşünür. Belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Kremldən dəstək gözləyir. Rəsmi İrəvan istəyir ki, atəşkəsi pozduğuna görə Rusiya hakimiyyəti rəsmi Bakıya ciddi xəbərdarlıq etsin. Ancaq cəbhə bölgəsindəki vəziyyətin gərigləşməsinə baxmayaraq, bu vaxta qədər Kreml Azərbaycan hakimiyyətinə narazılığını bildirməyib, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi açıqlama verməyib. Rusiya XİN sadəcə cəbhə bölgəsindəki gərginlikdən narahatlığını bildirib. Bu cür mövqe isə Ermənistan hakimiyyətini qane etmir. Ona görə də Ermənistan hakimiyyətində, siyasi dairələrində və ictimaiyyətində belə bir sual aktuallaşıb: "Müharibə başlayacağı halda Rusiya Ermənistanı müdafiə edəcəkmi, Azərbaycana zərbələr endirəcəkmi?"

Kremlin Bakı ilə münasibətləri korlamaqdan çəkindiyini deyən E.Şahinoğlu Rusiyanın ölkəmizə qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) istifadə etdiyini bildirib:

"Aydındır ki, Kreml Ermənistanı nəzarət altında saxlamaq üçün bu ölkəni müharibədən qorumalıdır. Ancaq Kreml Ermənistana görə Azərbaycanla münasibətləri də korlamaq istəmir. Bunun əvəzinə Rusiya hakimiyyəti KTMT-nin baş katibi Nikolay Bordyujanı irəli çəkib. Nikolay Bordyuja 4 oktyabrda Ermənistana səfəri zamanı deyib ki, Ermənistanın sərhəd boyu atəşə tutulması yolverilməzdir. O, daha sonra bunları deyib: "Sərhəddə yaşayan mülki əhalinin ağır artilleriya ilə atəşə tutulması tamamilə yolverilməzdir".

Nikolay Bordyuja konkret olaraq Azərbaycanın adını çəkməsə də, bu fikri ilə Azərbaycanın ağır artilleriya ilə düşmənə cavab verməsinə işarə edib. O, Suriya və İraqda müharibənin getdiyi məqamda daha bir müharibə ocağının Cənubi Qafqazda alovlanmasının heç bir dövlətin və beynəlxalq təşkilatın maraqlarına cavab vermədiyin bildirib. Nikolay Bordyujanın bu fikirləri Azərbaycana qarşı olsa da, Ermənistan bu açıqlamalardan tam razı qalmayıb. Çünki Bordyuja onu da deyib ki, Ermənistan özünü müdafiə edə bilir, KTMT-nin prosesə müdaxilə etməsinə ehtiyac yoxdur. Əslində, Bordyuja təşkilatın adından danışa bilmir. Çünki təşkilatın üzvləri olan Belarus, Qazaxıstan və Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu vurğulayırlar. Nikolay Bordyujanın Azərbaycanı hədəf alan açıqlaması sadəcə, Rusiyanın Ermənistanı sakitləşdirməsi məqsədi daşıyır. Ancaq atəşkəsin son pozulması halları və itkilərin artması Ermənistana göstərib ki, müharibənin başlayacağı halda KTMT prosesə qarışmayacaq. Ermənistanda həm də ondan qorxurlar ki, Kreml rəsmi Bakı ilə sövdələşməyə gedib, işğal altındakı torpaqların boşaldılması məsələsində Ermənistana təzyiq edə bilər".

Tarix
2015.10.12 / 13:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla