Yuxarı

Elton Məmmədov oğlunun tutulmasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlum Aynar Məmmədov bütün günü işdə yanımda olub.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elton Məmmədov deyib.

Onun sözlərinə görə, yayılan informasiyalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. E.Məmmədov oğlunun tutulması ilə bağlı yayılan xəbərləri təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda deputat El.Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən "Nar Cafe"də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, sözügedən kafedə polis tərəfindən əməliyyat həyata keçirilib. O, qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar Cafe"də qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Tarix
2015.10.12 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla