Yuxarı

Elçin Əfəndiyev Fransa səfirliyində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan hökuməti və Prezidenti adından noyabrın 13-də Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində başsağlığı verib.

Report-un xəbərinə görə, səfirliyin inzibati binasında E.Əfəndiyev Fransanın Azərbaycandakı səfiri Aureliya Buşeyə başsağlığı verib, eləcə də başsağlığı kitabında ürək sözlərini yazıb.

Səfir A.Buşe isə öz növbəsində, səmimi sözlərinə görə baş nazirin müavininə təşəkkür edib. O qeyd edib ki, azərbaycanlıların səfirliyə gül dəstələri gətirməsi və kədərini ifadə etməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

E.Əfəndiyev jurnalistlərə açıqlamasında bu faciənin bütün bəşəriyyəti şoka saldığını deyib. O, Azərbaycan Prezidentinin elə həmin gün Fransa prezidentinə və xalqına başsağlığı verdiyini xatırladıb. Baş nazirin müavini həmçinin, bu faciənin fransızların ruhunu qıra bilməyəcəyinə əminliyini ifadə edib.

Tarix
2015.11.16 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla