Yuxarı

Ölkənin ən ucuz maşınları – Siyahı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin ən ucuz maşınları – Siyahı

Azərbaycanda "ayağını yerdən götürmək" istəyənlər üçün ucuz qiymətə maşınlar heç də az deyil.

Axar.az xəbər verir ki, bazarda ən ucuz modellər Çin, İran, Rusiya və Azərbaycan istehsalı maşınlardır. Onların yeniləri 7-8 min manat arasında dəyişir. Amma təbii ki, həmin avtomobillərin işlənmiş olanlarını daha ucuz qiymətə almaq mümkündür.

Məsələn, "Şanqan" şirkətinin "Benni" modelini 8 min manata almaq olar. Son dövrlər bu Çin maşınlarına maraq artsa da, mütəxəssislər keyfiyyətini bəyənmirlər.

İranın istehsal etdiyi "Saipa 132" avtomobilinin 2014 buraxılışını 7 min manata tapmaq mümkündür.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "Naz Lifan 330" modeli isə 10 min manata satılır.

Ancaq sadalanan maşınların təzəsini almağa üstünlük verənlər azdır. Əsasən, işlənmiş avtomobillər bazardan alınır ki, onlar təqribən yarıbayarı ucuz qiymətə təklif olunur.

Həmçinin daha köhnə modellər də var ki, "su qiyməti"nə satışdadır. Məsələn, "Ford"un "Sierra" modelini 800-900 dollara almaq olar.

"Reno"nun "12 Toros" modeli də təxminən eyni qiymətədir. Bu maşın 1996-cı il buraxılışıdır.

BMV-nin "735" modeli də var ki, 1500 dollar ödəməklə bu maşına sahiblənmək olar.

VAZ-2107, "Tofaş"ın "Şahin" modelinin işlənmiş olanlarını 2000-2500 manata almaq mümkündür.

Ölkədə ən ucuz maşın adına isə "Zaporojes" layiq görülüb. Bu maşınlar 300-500 manatadır.

Tarix
2015.11.22 / 17:06
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla