Yuxarı

Ateistlər yandırılmaq üçün soba tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öldükdən sonra basdırılmaq yerinə yandırılmaq istəyən türkiyəli ateistlər imza kampaniyası başladıb.

Axar.az xəbər verir ki, ateistlər 3 min imza toplayaraq İstanbul Böyükşəhər bələdiyyəsindən öləndən sonra yandırılmaq üçün soba tələb ediblər.

Ateizm dərnəyi başladılan kampaniya ilə bağlı belə bir açıqlama yayıb:

"Bir soba qurulsun və yandırılaraq dəfn edilmək istəyənlərin arzuları həyata keçirilsin. Hamı torpağa basdırılmaq məcburiyyətində deyil. Dünyada bir çox ölkədə insanları öldükdən sonra vəsiyyətlərinə uyğun yandırırlar. Türkiyədə də nəşinin torpağa basdırılması yerinə yandırılmasını istəyən çox adam var, amma soba olmadığı üçün bu istək yerinə yetirilmir".

Qeyd edək ki, öldükdən sonra yandırılan şəxslərin faizi Yaponiyada 99.85%, Hindistanda 85%, İsveçrə və Danimarkada 76%, İngiltərədə 72%, İsveçdə 70%, Hollandiyada 50%, ABŞ-da 40%-dir. Türkiyədə isə hamının cənazəsi öz arzularına uyğun deyil, bələdiyyənin münasib bildiyi kimi basdırılaraq dəfn edilir.

Tarix
2015.11.25 / 01:29
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla