Yuxarı

Türkiyə heç zaman üzr istəməyəcək, çünki… - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rus təyyarəsini NATO-ya güvənərək vurmayıb. Türkiyənin NATO-ya güvəni öncədən itib.

Axar.az xəbər verir ki, bu fikri media hüququ üzrə ekspert Ələsgər Məmmədli səsləndirib. Ekspertin fikrincə, baş verən hadisə ilə bağlı verilən müxtəlif şərhlərin səbəbi bölgədə baş verənlərin unudulmasına görədir:

"Rus hərbi təyyarəsinin Türkiyə F16-ları tərəfindən vurulmasından sonra müxtəlif müzakirələr açılıb. Bəziləri Türkiyənin NATO-ya güvənməməsi gərəkliliyini söylərkən, bəziləri daha da irəli gedərək "Rusiyadan üzrxahlıq" edilməsini dilə gətirir.

Türkiyə rus təyyarəsini təsadüfən vurmayıb. Bu ardıcıl 3-cü dəfə baş verdiyindən, düşünülmüş şəkildə öncədən müəyyən olunmuş qaydada icra edilib. Daha öncə hava sərhədini 2 dəfə pozan rus təyyarələrinə atəş açılmamış, lakin bundan sonra açılacağı bəyan edilmişdi. Hətta Türkiyə NATO-nu təcili toplantıya dəvət edərək, beynəlxalq hüquqa əməl olunmasını tələb etmişdi. NATO da Rusiyaya xəbərdarlıq etmişdi.

Bu gün Türkiyə rus təyyarəsini NATO-ya güvənərək vurmayıb. Türkiyənin güvənci milli iradəsindən, tarixi savaşçılığından qaynaqlanır.

Türkiyə bizim bəzi "aydınlarımızın" düşündüyü kimi Rusiyanın gücündən qorxaraq, üzr istəyərək, səsini çıxarmayaraq qürurunun qırılmasını seyr etsəydi, o məntiqlə heç Çanaqqala savaşına girişməz, özündən qat-qat güclü müttəfiq güclərinə qarşı dirənməz, bir döyüşdə 250 min şəhid verməz, zamanında bu torpaqları "güclülərə" tərk edib yox olardı. Türkiyənin gücü sadəcə silah sisteminin müasirliyində, sayında deyil. İradəsində, mənəviyyatında, torpağa bağlılığında, haqqa sədaqətində və türk millətinin döyüşkən ruhundadır".

Tarix
2015.11.25 / 13:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla