Yuxarı

Yüksəklikləri hansı mobil operatorla fəth edək?

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona yardım eləmək istədik. Amma ayaqlarında hey qalmamışdı, çətin nəfəs alırdı. Kömək çağırmalı olduq. Yaxşı ki, "Azersell" tuturdu...

Mən həmişə ekstrimi xoşlamışam . Başqaları yayda dəniz qırağında, əllərində kokteyl uzanıb dincəlməyi arzulayanda, mən ancaq dağa-daşa dırmanmağı, vəhşi təbiət olan yerlərə getməyi xəyal etmişəm. Başqaları beş ulduzlu otellər seçəndə, mən meşənin ortasında çadırlarda yatmağa üstünlük vermişəm.

Peşəkar deyiləm, amma davamlı olaraq idmanla məşğul oluram. Özüm kimi həvəskarlarla tanış olmuşam. Neçə illərdir onlarla toplaşıb Azərbaycanın müxtəlif yüksəkliklərinə dırmanırıq. Bundan necə zövq aldığımızı sözlərlə ifadə etmək, dildə izah eləmək çətindir. Sadəcə onu deyə bilərəm - yuxarıda həyat tamamilə başqadır. Dəyərlər, istəklər fərqlidir. Orada nə pul haqda düşünürsən, nə də məişət dərdləri. Fikrincə ancaq bir şey olur – sağ qalmaq.

Böyük Qafqazda uca zirvələr çoxdur. Kazbek və Elbrusla yanaşı, adları bizə doğma olan Şahdağ, Tufandağ, Bazardüzü də var. Elə neçə vaxtdır Bazardüzünə getməyi arzulayırdıq. Bilməyənlər üçün deyim ki, Bazardüzü Azərbaycanın ən hündür nöqtəsi sayılır, hündürlüyü 4466 metrdir. Bu zirvə Suayrıcın cənub-şərq hissəsində yerləşir. Samur çayının qolları da daxil olmaqla çoxsaylı çaylar Bazardüzü yamacından başlayır.

Lakin bu zirvəyə qalxmaq hər adamın işi deyil. Ağır yolu, kəskin hava şəraiti yüksəkliyə çıxışı çox çətinləşdirir. Biz də xeyli hazırlaşdıq. Nəhayət, iyulun sonunda kiçik qrup toplayıb Azərbaycanla Rusiya sərhədində, Qusarda yerləşən bir zirvəni – Bazadüzünü fəth etməyə getdik.

İyulun sonunda səhər tezdən Bakıdan çıxdıq. Proqramı belə qurmuşduq ki, əvvəlcə Qubaya baş çəkib tədarükümüzü görürük, sonra da Xınalığa gedib orada gecələyirik. Səhər tezdən Bazardüzünə doğru yürüməyə başladıq. İlk tur o qədər də çətin keçmədi, çünki hamımız artıq hazırlıqlı insanlar idik. 3200 m hündürlüyə qalxmışdıq. Burada bazada gecələməli olduq. İndi qalırdı əsas yol.

Hər dəfə zirvəyə çatmazdan öncə son toplanışda çıxış üçün zəruri olan əşyaları yığırıq. Bura artıq heç nə qoymaq olmaz. Çünki aşağıda özümüzlə daşıdığımız hər 100 qramlıq əşya yuxarıda 1-2 kq ağırlığında olur və havanın, oksigenin azaldığı ir yerdə çətinlik yaradır. Amma yolda sənə gərək olası çox şey var. Gərək özündə mütləq su, bir qədər ərzaq, dəsmal götürəsən. Və təbii, görəcəyin gözəllikləri yaddaşda saxlamaq üçün fotoaparat və telefon.

Beləliklə, fəthetməmiz başlayır. Əlbəttə, heç kim deməmişdi ki, yoxuşa yol asan olacaq. Amma bu dərəcədə də məşəqqətli olacağını gözləmirdim. Özümü nə qədər hazırlıqlı hesab etsəm də, hündürlüyə qalxdıqca ayaqlarım sözümə baxmırdı. Getdikcə, hər metr, hər addım əvvəlkindən daha çətin başa gəlirdi. Sıldırım, çınqıllı, sürüşkən, dolanbac yollarla dırmanmaq heç kimə asan görünməsin. Öz-özümə deyirdim ki, əsas məsələ psixoloji baxımdan ruhdan düşməmək, məğlub olmamaqdır. Həm də mümkün qədər az dayanmaq. Yoxsa, sonra yenidən toparlanmaq çətin olur.

Və nəhayət - bu da zirvə. Bunu bacardıq! Ən yaxın dostlarımla birlikdə Azərbaycanın ən hündür zirvəsinə çıxmaq nəsibimiz oldu. Şükürlərimizi dilə gətirib, şəkil çəkdirdik. Əlbəttə, selfisiz də olmazdı. İnsan bu gözəllikdən doya bilməsə də, geri dönmək vaxtıdı, yoxsa çox qaranlığa düşərdik.

Ümumiyyətlə, bəzi alpinistər dağa gecə çıxmağı üstünlük verirlər. Çünki gündüz vaxtı gün onların yaman yandırır. Halbuki, qaranlıqda fənər işığında çıxmaq isə vəziyyəti daha da qəlizləşdirir. Üstəgəl, gecənin soyuğu da öz işini görür. Ona görə də gecə yola çıxanlar arasında darda qalanlar daha çox olur.

Belə həmkarlardan birini də biz elə Bazardüzü zirvəsində gördük. Orta yaşlı xanım idi, halsız şəkildə uzanmışdı. Ona su verdik, bir az özünə gəldi. Deyir ki, zirvəyə çatmağa çox az qaldığına görə geri qayıtmaq istəməyib, fikirləşib ki, bu qədər gəldikdən sonra necə ola bilər ki, dağın başına çıxmamış qayıtsın? Bazardüzünə ayaq basmağı çox arzulayırmış, nəsə əhd eləyibmiş. Elə bilib öhdəsindən gələcək, amma orqanizmi dözməyib. Ona yardım eləmək istədik. Amma ayaqlarında hey qalmamışdı, özü də çox çətin nəfəs alırdı. Kömək çağırmalı olduq. Yaxşı ki, bu hündürlükdə "Azersell" tuturdu və yaxşı ki, bizdə məhz "Azersell" nömrəsi vardı. Nə yaxşı ki, xanım bizim qarşımıza çıxmışdı. Çünki özü telefon götürməmişdi. Düşünüb zirvədə telefon işləməz. Xanıma vaxtında kömək çağıra bildik. Yardım gələnə qədər onu özümüz mümkün qədər aşağı endirdik.

Telefonların olmadığı, olandan sonra dağlarda tutmadığı vaxtlarda belə səfərlərə çıxmaq daha təhlükəli idi. Mobil telefon insan həyatını xilas edə bilər. Daha doğrusu, xilas edir də. Darda olanlara yardım çağırılır, neçə belə insanın çətin şəraitdən çıxmasına kömək olurlar. İndi dünyanın ən hündür nöqtəsi - məşhur Everest zirvəsində də mobil telefonlar yaxşı işləyir. Deyirlər, Himalayda belə hadisələr tez-tez baş verir. Everest dünyanın hər yerindən alpinistləri cəlb edir. Amma çox mürəkkəb quruluşuna görə bu zirvə heç də hamıya yenmir, tabe olmur. Zirvəyə iki istiqamətdən qalxmaq olur, hər ikisi də çətin yoldur. Ona görə də Himalayın ta təpəsinə çıxmaq istəyənlər arasında yarı yolda qalanların sayı hədsiz çoxdur.

Mobil telefonlar çıxana kimi bu dağı çıxanlar arasında ölüb-itənlər daha çox idi. Əksəriyyətinin cəsədi hələ də Everestin buzlaqlarında qalır – onlar ölüm ayağında olanda harda olduqlarını xəbər edə bilmədiklərinə görə tapmaq mümkün olmur. İndi isə vəziyyət dəyişib. Alpinistlər zirvədə yaxşı tutan şəbəkə vasitəsilə daim əlaqədə olur, lazım olanda kömək göndərirlər. Hələ bu harasıdır, Everestdə 4G də işləyir. Və indi oradan internetlə canlı yayıma çıxmaq, dərhal sosial şəbəkələrdə şəkil yerləşdirmək, Check-in eləmək olur. Təsəvvür edin, status yazırsan: Mən indi Everestdəyəm!

Sonda bunu da deyim: Məndən çox vaxt soruşurlar ki, bu, sənin nəyinə lazımdır? Həyatını təhlükəyə atmaq, səni sevənləri nigaran qoyub özünü belə çətinliyə salmaq? Cavabım o olur ki, bunu anlamaq üçün heç olmasa bir dəfə zivəyə qalxmaq lazımdır. Yalnız ora qalxanda, eni-uzunu cəmisi 5-10 metrdən artıq olmayan həmin o yerdə dayanıb ətrafa baxanda keçirilən hisslər naminə bunu edirəm. Hər kəsə də zirvələri fəth edib daim orda qalmağı arzulayıram.

Tarix
2015.11.25 / 16:23
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla