Yuxarı

Sələfi lideri Nardarandan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz əmin-amanlığın, sabitliyin pozulmasının əleyhinəyik. Dinimiz əmr edir ki, sakitliyi pozmayın. Hətta heyvanların da sakitliyini pozmaq olmaz. Ona görə də biz Nardaranda baş verən bu hadisəni pisləyirik.

Bu sözləri Axar.az-a Əbubəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanov Nardaran hadisələri haqda danışarkən deyib.

Sələfilərin lideri bu hadisələrdə İran amilinin olduğunu ehtimal edir:

"Amma bu bir təxmin ola bilər və konkretləşdirmək mümkün deyil. Hansısa ölkənin, ya qrupun təsiri də ola bilər. Hüquq-mühafizə orqanları əlbəttə ki, bu ehtimalı da nəzərdən keçirəcəklər və həqiqəti üzə çıxaracaqlar".

Hacı Qamət islamın siyasiləşdirilməsinə qarşı olduğunu da bildirdi. Onun sözlərinə görə, Nardaran hadisələri haqda ayrı-ayrı sələfilər ondan fikrini soruşublar:

"Mən bəyan etmişəm ki, bu işlərə biz qarışmırıq və bu hadisəni törədənləri pisləyirik. Çünki özümüz də terrora məruz qalmışıq".

Q.Süleymanov bu hadisələrlə bağlı saxlanılan Hacı Taleh Bağırovu qiyabi tanığıdını bildirib: "Şəxsi ünsiyyətimiz yoxdur və məni bu adamlar maraqlandırmır".

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır. Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib.

Tarix
2015.11.28 / 11:33
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla