Yuxarı

Azərbaycan Avroviziya-2016-da iştirak edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 ölkənin nümayəndəsi İsveçdə keçiriləcək Avroviziya-2016 mahnı müsabiqəsinin iştirakçısı olacaq.

Report xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Ölkələr sırasında Azərbaycanın da adı var. Yarışmada aşağıdakı ölkələrin təmsilçiləri iştirak edəcəklər:

Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Montoneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Ukrayna, Böyük Britaniya və Ermənistan.

Siyahıya baxdıqda bir illik fasilədən sonra Ukraynanın müsabiqəyə qayıtdığını görmək olar. Sonuncu dəfə 2012-ci ildə yarışda iştirak edən Bosniya və Herseqovina da gələn il müsabiqəyə iştirakçı göndərəcək. Mahnı müsabiqəsində ötən il debüt edən Avstraliya da, təmsil olunacaq.

Əvəzində isə Türkiyə və Portuqaliya mahnı forumunda iştirakdan imtina edib.

İsveç Vyanada Mons Zelmerlyevin qələbə qazanmasından sonra müsabiqəni keçirmək hüququna yiyələnib. İfaçı "Heroes" bəstəsi ilə (365 xal) qalib olub.

Həmçinin bildirilir ki, artıq yarışın biletləri bir neçə gündür satışa çıxarılıb.

Tarix
2015.11.28 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla