Yuxarı

Kürdüstan planı: Rusiya necə qisas alacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yeni kürd dövləti yaratmağa çalışacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində amerikalı tarixçi Yuri Felştinski söyləyib. Onun sözlərinə görə, Rusiyanın quru qoşunları gələn il Suriyaya yeridiləcək:

"Suriyada yerüstü əməliyyatlar qaçılmazdır. Rusiyanın İŞİD əleyhinə koalisiyada iştirakı mümkünsüzdür. Suriyada yerüstü əməliyyatlar 2017-ci ilin yanvarında Ağ Evə yeni prezident gələn kimi başlayacaq. Yəqin ki, Rusiya NATO-nu qabaqlamağa çalışacaq. Hərbi nöqteyi-nəzərdən bu, doğru addım ola bilər. Ona görə də rusiyalı hərbçilər Suriyada 2016-cı ildə peyda olacaqlar. Əsəd Rusiya üçün əhəmiyyətini itirən kimi onu hamıdan öncə Kreml satacaq. Lakin Rusiya Əsədi NATO-nun dəstəklədiyi şəxslə yox, hansısa başqa bir diktatorla əvəz edəcək. Əsas sual odur ki, bəs hazırkı zamanda bu cür diktatoru tapmaq mümkün olacaqmı? Əgər Moskva Əsədi hakimiyyətdə saxlaya bilməsə, o zaman kürd dövləti yaradaraq Türkiyə və NATO-dan qisasını alacaq. Bu, Moskva üçün böyük, çətin və riskli layihədir. Onun sonunda Rusiya NATO ilə toqquşa və ya Yaxın Şərqdəki situasiyanın destabilizasiyası daha da dərinləşə bilər. Bəs Yaxın Şərqdəki proseslərin destabilizasiyası Rusiyaya lazımdırmı? Sözsüz ki, lazımdır. Rusiya elə hesab edir ki, bu, neftin qiymətlərinin bahalaşmasına səbəb olacaq. Putinin planlarına NATO ilə açıq hərbi qarşıdurma məsələsinin daxil olub-olmadığını biz tezliklə biləcəyik. Kreml özünün xarici siyasətindəki bütün məqsədlərini Ağ Evə yeni prezident gəlməzdən öncə həyata keçirəcək".

Tarix
2015.12.01 / 00:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla