Yuxarı

“Dövlət ən sərt tədbirlər görəcək” – Nardaran olayı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaranda kənardan gəlmə insanların qəsəbə adından bəyanatlarına, dini pərdə altında dövlət əleyhinə çıxışlarına dərhal son qoyulmalı və yerli əhali ilə əməkdaşlıq formaları tapılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Nardaran hadisələrini şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat Nardaran hadisəsinin mahiyyətini izah edib:

"Nardaranda diqqəti cəlb edən məqamlardan biri qəsəbə ilə bağlı bütün məsələlərin "Ağsaqqallar şurası hakimiyyəti" deyilən bir "qurum" vasitəsilə həll edilməsidir. İş orasındadır ki, artıq bir neçə gündür tüğyan edən Nardaran olaylarında nədənsə bu qəsəbədəki qanuni hakimiyyət orqanlarının səsini eşitmədik. Belə çıxır ki, onlar ya yoxdur, ya da iflic olublar. Birmənalı şəkildə Nardaranda da, bütün Azərbaycanda olduğu kimi icra hakimiyyəti, bələdiyyə, hüquq-mühafizə orqanlarının nümayəndəlikləri və dövlət orqanlarının yerli bölmələri yaradılmalıdır. Ölkənin bütün yerlərində olduğu kimi, yəqin ki, bu qəsəbədə də siyasi partiyaların yerli təşkilatları var. Ancaq maraqlıdır, onlar da ictimaiyyətin fikrini ortaya qoymadılar. Belə bir təsəvvür yaranır ki, onda onların fəaliyyətinə kimlərsə mane olur və ya onlar heç mövcud belə deyillər. Görünür, "Ağsaqqallar şurası" adlı "qurum"un verdiyi qərarlar qəsəbə üçün məcburidir və burada başqa müəmmalar var".

Deputat dini pərdə altında Azərbaycanda sabitliyin pozulmasına hesablanmış son təxribatda azyaşlıların meydanlara cəlb edilməsinin çox narahatedici faktor olduğunu bildirib:

"Nardaran Bakının bir qəsəbəsidir. Ölkədə stabilliyin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün bu qəsəbədə də konstitusiya, qanunlar birmənalı şəkildə işləməlidir. Çox təəssüf ki, Azərbaycana qarşı planlaşdırılmış bir qrupun hakimiyyətə qarşı silahlı müqavimət çağırışlarına Nardarandan kəskin etirazlar eşidilmədi. Əksinə, ekstremistlərə qəsəbədə sığınacaq verənlər, hətta qoşulanlar da oldu. Bu o anlama gəlir ki, Nardaranla bağlı müəyyən narahatedici məqamlar qalmaqdadır. Bu işi artıq ölkə rəhbərliyi öz nəzarətinə götürüb. Hesab edirəm ki, Nardaranda ilk növbədə hakimiyyət orqanlarının fəaliyyəti bərpa edilməli, ikincisi, tezliklə əhali arasında maarifləndirmə işləri aparılmalı və kommunal xərclərə görə 42 milyon manata yaxın borc ödənilməlidir. Üçüncüsü isə uşaqlar siyasi proseslərdən, hakimiyyətlə münasibətlərdən və meydanlardan geri çəkilməli, ən nəhayətdə, Nardaranda kənardan gəlmə insanların qəsəbə adından bəyanatlarına, dini pərdə altında dövlət əleyhinə çıxışlarına dərhal son qoyulmalı və yerli əhali ilə əməkdaşlıq formaları tapılmalıdır.

Azərbaycanın dövlətçiliyinə xələl gətirmək istəyən qüvvələrin son davranışları yolverilməzdir və bu kimi halların bir daha təkrarlanmaması üçün çox sərt tədbirlər görüləcək".

Tarix
2015.12.01 / 14:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla