Yuxarı

Bakıda milyonluq villalar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda milyonluq villalar satışa çıxarılıb.

Axar.az-ın apardığı monitorinqə görə, paytaxtın müxtəlif ərazilərində bahalı malikanələr yeni sahiblərini gözləyir.

Badamdar qəsəbəsi, 2-ci massivdə yerləşən villa 1 milyon 200 min manata satışa çıxarılıb. İmarət "Gəlin Qaya" restoranının arxasında yerləşir. Villanın yerləşdiyi ərazi 6 sot torpağın içindədir. Üçmərtəbəli yeni villa ən yüksək səviyyədə təmir olunub.

Bilgəhin milyonçular məhəlləsində isə üç mərtəbəli, səkkiz otaqlı, həyətində 300 ağacı olan villa satılır. Həmçinin, həyətində üçotaqlı mühafizəçi evi də var. Dəbdəbəli evin sahibi mülkünü 2 milyon manata satışa qoyub.

Novxanıda dənizə gözəl mənzərəsi olan üç mərtəbəli bağ evi 1 milyon 800 min manata satılır.

Bakının Teymur Əliyev küçəsində yerləşən, iki mərtəbəli villa da 1,6 milyona satışdadır. Bir maşınlıq qarajı, zirzəmidə yerləşən hovuzu, saunası və idman zalı var.

Tarix
2016.01.14 / 12:19
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla