Yuxarı

“Azərbaycan Avropa Birliyinə tərəfdaşlıq təklif edib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ilə münasibətlərimizin sərinləməsinə baxmayaraq, Azərbaycan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Frederik Moqerinin ölkəmizə planlaşdırılan səfərinə böyük önəm verir.

Trend-in məlumatına görə, bunu İsrailin tanınmış "European Jewish Press" saytına açıqlamasında ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu səfər nəticəsində Avropa Birliyi ilə Azərbaycan arasında olan anlaşımazlıq aradan qalxacaq və əlaqələr yenidən canlanacaq: "Azərbaycan Avropa Birliyinə bu qurumla sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq təklif edib".

Dağlıq Qarabağ məsələsinə gəlincə isə, A.Quliyev vurğulayıb ki, AB rəhbərliyi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qəbul edilən sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığını tanımalıdır:

"Əgər siz Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirsinizsə, nə üçün Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləmirsiniz? Biz ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll ediləcək və işğal olunmuş ərazilər Azərbaycana qaytarılacaq"

A.Quliyev həmçinin bildirib ki, antisemitizm və islamafobiya dünyada əsas təhlükə olduğu bir vaxtda Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunə götürülməlidir.

Tarix
2016.02.06 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla