Yuxarı

Vaşadze: “Putinin sonuna az qalıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sivil dünya Rusiya Prezidenti Vladimir Putinə qarşı rasional addımlar atır. Onun sonuna az qalıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Ədliyyə nazirinin keçmiş müavini Georgi Vaşadze deyib. O, Putinin sonuna səbəb olacaq səbəbləri sadalayıb:

"Litvinenkonun ölümü ilə bağlı aparılan məhkəmə araşdırması bu hadisədə Putinin izi olduğu ehtimalını üzə çıxardı. ABŞ-ın hüquq mühafizə orqanlarının yüksək rütbəli məmurlarının və Qərb KİV-i Putinin qeyri-leqal mülkiyyəti və korrupsiya vasitəsilə əldə etdiyi gəlirlərdən açıq-aşkar danışır.

Avropa Şurasının deputatları Haaqa məhkəməsini Krımın anneksiyası ilə bağlı baş verən hadisələri istintaq etməyə çağırırlar.

Ukrayna səmasında vurulan "Boinq"lə bağlı müstəqil istintaqın dərc edilmiş nəticələrinə görə, bu hadisədə Rusiyanın xüsusi xidmət orqanları bilavasitə məqsədyönlü fəaliyyəti olub.

Haaqa Məhkəməsi 2008-ci ildə Gürcüstana qarşı Rusiyanın apardığı müharibə dövründə baş vermiş hərbi cinayətlərin istintaqına başlayıb və Rusiya siyasi elitasının reaksiyasından görünür ki, onlar bu hadisədən çox qorxurlar.

Buna görə də indidən Putindən sonrakı dövrə hazırlaşmaq lazımdır və gələcəkdə yarana biləcək böhranlardan xilas olmaq üçün əvvəlcədən plan tərtib etmək lazımdır".

Tarix
2016.02.07 / 17:16
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla