Yuxarı

Stalin: "Heç olmasa, fəxr ediləcək bir rus saxlayaq"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus yazıçısı Aleksey Nikolayeviç Tolstoy "Birinci Pyotr" romanı üzərində işləyərkən kifayət qədər qeyri-adi faktla rastlaşır: Rusiya monarxlarının ən böyüyü, Romanovlar ailəsinin fəxri I Pyotrun nə rus millətinə, nə də familiyasına hər hansı bir dəxli var!

Strateq.az xəbər verir ki, bu fakt yazıçını son dərəcə həyəcanlandırır və digər böyük diktatorla (Stalinlə - red.) tanışlığından istifadə edib, elə ehtiyatsız digər yazıçıların taleyini də yada salaraq məsləhət üçün ona müraciət etmək qərarına gəlir. Həm də ona görə ki, məlumatın hansısa mənada rəhbərə kifayət qədər dəxli var idi.

Məlumat fitnəkar və yayğın mənalı idi. Aleksey Nikolayeviç sənədi, yəni, I Pyotrun mənşəcə rus deyil, gürcü olduğundan açıq şəkildə xəbər verən hansısa məktubu Stalinə gətirir!

Maraqlıdır ki, Stalin bu qədər qeyri-adi insidentdən əsla təəccüblənmir. Hətta sənədlə tanışlıqdan sonra Tolstoydan bu faktı gizlətməyi xahiş edir və onun ictimailəşməməsi üçün öz istəyini kifayət qədər sadə şəkildə əsaslandırır: "Heç olmasa, onların fəxr edə biləcəyi bir "rus"u saxlayaq!"

Bəs bu, hansı məktub idi ki, "xalqlar atası" onu gizlətməyi məsləhət bilmişdi?

Söhbət İmeretiya çarı II Arçilin qızı Darya Arçilovna Baqration-Muxranskyanın öz əmisi qızı, minqrel knyazı Dadianinin qızına məktubundan gedir.

Pyotrun atasının hansı gürcü knyazının olması barədəsə iki versiya var.

I versiyaya görə, 1669-cu ildə çar Aleksey Mixayloviçin arvadı Mariya İlyiniçna Miloslavskaya doğuşdan sonra vəfat edib. Bundan sonra çara o vaxt Moskvada yaşayan Krım-tatar knyaginyası Natalya Krillovna Narışkinanı məsləhət görürlər. Və gündəmə varis məsələsi çıxır. Çünki birinci arvaddan doğulanlar çarın özü kimi xəstə və sısqa idilər. Lakin yeni varisi dölləşdirəsi ata da lazım idi. Tarixçilərin araşdırmasına görə, bu missiya üçün ən uyğun namizəd çar Aleksey Mixayloviçin yaxını, gürcü şahzadəsi İrakli idi. Gürcü şahzadəsi sarayda həm də "xaç atası" rolunu oynayırdı. Bu dəfə isə döl məsələsində də yardımçı olmağa məcbur oldu. O, uşağın adını Pyotr qoyduqdan sonra 1674-cü ildə Rusiyanı tərk etdi və Kaxetiya knyazlığının taxtına çıxdı. Amma bu rütbəni əldə etmək üçün İslamı qəbul etməli oldu...

İkinci versiyaya görə, gələcək monarxın atası İran şahının basqısı altında Gürcüstandan qaçmış və bir neçə ay çarın sarayında qonaq olmuş İmeretiya çarı II Arçildir. Onu praktik olaraq knyaginyanın yataq otağına baş çəkməyə, daha doğrusu, gözlədikləri uşağın dölünü tutmağa məcbur ediblər...

Tarix
2016.02.09 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla