Yuxarı

Adamyeyən diktator: Uydurmalar və faktlar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, düşməni, Tanzaniya prezidenti Julius Nyerreyni aralarındakı mübahisəni həll etmək üçün rinqə çağırmış, bir qolunu çiyninə bağlayaraq döyüşməyi təklif etmişdi. Məşhur boksçu Məhəmməd Əlini rinqə dəvət eləyəndə: "Döyüş Liviyada olacaq. Qan qardaşım Qəzzafi hakim, Ayətullah Xomeyni spiker, YasərƏrəfat isə məşqçi olacaq", - demişdi.

Belə təklifi edən hər hansı dəli deyil, bir ölkənin rəhbəriydi...

Xalqına qənim kəsilən diktatorların, prezidentlərin olduğunu bilirik. Bəs bu lider həm də adamyeyən olsa necə?

Adətən ağların irqçi olduğunu görmüşük. O isə qaraların irqçisi idi.

Hələ bununla bitmir. XX əsrdə taxtda gəzmək, üstəlik ağ irqin dörd nümayəndəsini o taxtı çiyinlərində gəzdirməyə məcbur etmək, deyəsən, ruhi xəstəlikdən xəbər verir.

O, Britaniya kraliçasının yerinə də göz dikmişdi.

İsrailin məşhur siyasətçisi, hökumət başçısı Netanyahunun qardaşının ölümündə də barmağı olması onun ağlagəlməz istək və arzularından xəbər verirdi.

Söhbət Afrika qəssabı kimi məşhurlaşan İdi Amin Dadadan gedir.

Devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçan XX əsrin qəssabı İdi Amin XXI əsrdə toyuq, keçi saxladı, tərəvəz yetişdirərək öz əsas ixtisasına "xəyanət etdi". Qəribədir, insanların qəssabına çevrilən diktator heyvanlara xüsusi məhəbbət bəsləyirdi. Bəlkə də qocalıqdan idi bu mərhəmət. Amma öləndə sıradan bir adam kimi dəfn edildi. 2003-cü ildə gözlərini yuman Afrika lideri cəzasını almadan ölənlərin siyahısına qoşuldu.

"Hər ölkədə ölməyi vacib olan adamlar olmalıdır. Onlar sabitliyə və ədalətə çatmaq üçün hər ölkənin qurbanlarıdır", -deyirdi. Bu sözlər artıq Uqanda xalqının başına nələrin gələcəyini aydın göstərirdi.

1971-1979-cu illərdə hakimiyyətdə olan "Uqanda qəssabı" millətçilər tərəfindən devriləndə özündən sonraya 400 minə yaxın qurban getmiş insanın siyahısını buraxdı.

O, Afrikanın ən qaniçən diktatoru idi. Müstəqil ölkənin rəhbəri olmasına baxmayaraq, gəncliyi krallıq uğrunda, müstəmləkəçilik naminə döyüşlərdə keçdi. İngilis imperatorluğunun bir parçası olan Uqandada ortabab təhsil alan Amin daha çox cüssəli bədəni və öz qəddarlığı ilə seçilirdi. Bu da ona krallıq ordusunda döyüşmək imkanı yaratdı.

O, müstəqillik, azadlıq uğrunda döyüşən çox insanın qəniminə çevrildi.

Atasız böyüyən Amin ingilis imperatorluğunun Afrikadakı müstəmləkələrində fəaliyyət göstərən "Kings African Rifles"ə (KAR, Afrika Kral Tüfəng Birliyi) qatıldı. Kral tərəfdarı olanda 1946-cı il idi. Birma, Somali, Keniya və Uqanda da imperatorluq üçün döyüşdü. Hər nə qədər hərbiçi kimi bacarıqlı olsa da, karyera sevdalısı kimi tanınsa da, Aminə ən çox şöhrət qazandıran sorğu-sual zamanı göstərdiyi qəddarlıq idi. O, bu həyatda əsas faktorun güc olduğuna inanırdı.

Sürətlə yüksəlməyə başladı. Ən axırda qara bir afrikalının ingilis ordusunda yüksələ biləcəyi ən yüksək nöqtəyə- ağalığa gəlmişdi.

Vurduğunu yerə yıxan boksçu

Aminin diqqət çəkən digər bir xüsusiyyəti isə uğurlu idmançı olmağı idi. Daha doğrusu, vurduğu yerdən səs çıxaran bir boksçu. Şəxsiyyətinə ən uyğun gələn idman sahəsində 1951-60-cı illər arasında yüngül çəkidə çempionluq kəmərini belinə bağlamağı bacarmışdı. Lakin Aminin adını tarixə yazacaq səbəb ingilis imperatorluğunun dağılmağa başlaması idi...

Uqanda ingilis müstəmləkəsi kimi 1962-ci ildə müstəqilliyinə qovuşanda İdi Aminin yaxın dostu və Uqanda Xalq Konqresinin lideri ApoloMiltonObote baş nazir oldu. Obete KAR-dakı ən yüksək rütbəli bir neçə qaradərili zabitdən biri olan Amini də vəzifəyə gətirdi. Amin ölkənin şimalındakı heyvan oğurluğuna qarşı qanlı mücadilədə elə amansız oldu ki, ingilis hökuməti belə onun həbs olunmasını tələb etdi. Obote bu tələblərə yaxın dostunu daha yaxşı hərbi təhsil almaq üçün İngiltərəyə göndərməklə cavab verdi.

İki dost ölkəni yağmalayır

Uqandaya 1964-cü ildə qayıdan Amin öncə minbaşı, ardınca isə polkovnik oldu. Bir il sonra Amin və Obote ölkəni və ordunu idarə etməyi bir kənara buraxıb ticarətə girişdilər. Plana görə, cütlük Konqodan qızıl, qəhvə və fildişi kontrabandasını təşkil edəcəkdi. Burdan əldə edilən pul Konqonun MKİ tərəfindən öldürülən baş naziri PartikLumumbaya sadiq qalan qüvvələrə veriləcəkdi. Amma pul ünvanına çatdırılmadı. Baş nazir və ordu rəhbərlərindən olan Amin pulları mənimsəyirdi. Uqandanın ilk prezidenti EdvardMutebiMutesa vəziyyətdən narahat olaraq parlamentin araşdırma açmasını istədi. Küncə sıxılan Obote hücuma keçdi. Amini baş qərargah rəisi etdi. 1962-ci ildə konstitusiyadan kənara çıxaraq Amin vasitəsilə beş naziri həbs etdirdi. İki yaxın dost rəsmən ölkəni qəsb etmişdi. Obote özünü dövlət başçısı elan etmiş, Freddi isə İngiltərəyə sürgünə göndərilmişdi. Aminin rəhbərliyi ilə ordu hökumət sarayını tutarkən 1966-cı il idi. Potensial təhlükə nəzarətsiz bir güc olaraq böyüməyə davam edirdi.

Dostuna xəyanət edib yerini tutdu

Amin ordu içindəki nüfuzunu gücləndirməyə başladı. Bunun üçün qaçaqmalçılıqdan və Sudanın cənubundakı üsyançılara satdığı silahların pulundan istifadə edirdi. Ölkənin baş qərargah rəisi mafiya başçısı kimi hərəkət edirdi. Həmin günlərdə ölkəsindəki ingilis və İsrail agentlərilə əlaqə qurmuşdu. Obote nəzarətdən çıxan dostunu ev həbsinə saldırdı. Amma bunun da xeyri olmadı. Obote çarəni dostunun ordudakı nüfuzunu salmaqda gördü. Lakin ox yaydan çıxmışdı...

25 yanvar 1971-ci ildə Obote Sinqapurdakı bir Kommonvealt toplantısına gedəndə Amin səhnəyə çıxdı. Bir qiyamla hökumətə nəzarəti ələ keçirdi və özünü dövlət başçısı elan etdi. Aminin özünə verdirdiyi adlar isə rejimin terroru ilə təzad təşkil edəcək qədər komik idi: "cənab, ömürboyu dövlət başçısı, Əl Hacı Doktor İdi Amin, yer üzünün bütün canlılarının və dənizlərdəki balıqların ağası, Afrikada, xüsusilə Uqanda da ingilis imperatorluğunun fatehi".

Hər ölkədə ölməli insanlar olmalıdır

Qurbanlarının sayı tam bilinməsə də, təxminən, 300-400 min arasında insanı qətlə yetirdiyi bildirilir. Aminin yaxın dostlarından Səhiyyə naziri HenriKyemba "Amin özü belə neçə adamın qətlinə fərman verdiyini bilmir" deyirdi. Uqandanın "Böyük atası" (Amin özünə bu adı vermişdi, hər halda xalqın atası idi) isə bu cinayətləri belə izah edirdi: "Hər ölkədə ölməyi lazım olan adamlar olmalıdır. Onlar sabitliyə və ədalətə çatmaq üçün hər ölkənin qurbanlarıdır".

Taxtla gəzərdi

İdi Amin hakimiyyətdə olarkən dörd ağ ingilisin daşıdığı taxtla gəzərdi. Beləliklə, Afrikanı yağmalayan ağ irqdən intiqam alırdı. Keçmiş sahibi olan ingilislərə nifrəti bununla bitmirdi.

Özünü ingilislərin ən yüksək medallarından olan "Viktoriya medalı" ilə mükafatlandıran Amin 1976-cı ildə getdiyi Şimali İrlandiyada Şotlandiyanın azadlığı üçün mücadilə etdiyini bildirərək "İngilis Millətlər Cəmiyyətinin başında Kraliça deyil, mən olmalıyam" demişdi. Özünü "Şotlandiya kralı" da elan edən Amin 1975-ci ildə Səudiyyə Ərəbistanı kral ailəsinin üzvlərindən birinin cənazə mərasiminə şotland kişilərinin geyindiyi "kelt"lə qatılmışdı.

Adamyeyən idi?

Haqqındakı adamyeyən iddiası heç zaman gündəmdən düşmədi. Özü də ingilis ordusunda xidmət edərkən Mau-mau qəbiləsi tərəfindən əsir götürüləndə ona zorla insan əti yedirdiklərini söyləmişdi. 33 uşağı və beş arvadı olan Amininarvadlarından birinin cəsədi maşında parçalanmış halda tapıldı. Xidmətçiləri sarayın soyuducularında insan başları gördüklərini söyləsələr də, bunlar doğru çıxmadı.

Aminin gizli üzü ortaya çıxır

İdi Amin ilk mərhələdə həm ölkəsində, həm də digər dövlətlərdə isti qarşılandı. Belə ki, rejimi ilk tanıyan keçmiş sahibləri ingilislər olmuşdu. Həmin günlərdə ilk dövlət başçısı olan Freddi sürgündə öləndə Amin xarizmasınıgücləndirmək üçün fürsətdən yararlanmış, kralın nəşini, dövlət mərasimilə dəfn olunması üçün Uqandaya gətirtmişdi. Bununla kifayətlənməyən Amin siyasi məhbusları azad etdiyi kimi Uqanda məxfi polisini də ləğv etdi. Amma bunlar sadəcə makiyaj idi. Çünki eyni günlərdə Aminin gizli yaratdığı ölüm dəstələri Obote tərəfdarlarını ovlamağa başlamışdı. Buna baxmayaraq,Obotenin vaz keçmək niyyəti yox idi. Ordu içində öz qəbiləsinə məxsus zabitlər vasitəsilə hakimiyyəti ələ keçirməyə çalışsa da, Amin daha professional qiyamçı idi. Buna cəhd edənlərin kəlləsini qopartdığı kimi həmin qəbilələrin Tanzaniyadakı əlaqə nöqtələrini də bombalatdı. Ordu etnik toqquşmaların məngənəsinə düşmüş, bu gərginlik xalqa da sirayət etmişdi. Amin getdikcə daha da paronoik olurdu. Bu müddətdə paytaxt Kampaladakı "TheNileMansions Hotel" Aminin işgəncə və sorğu mərkəzi kimi məşhurlaşacaqdı. Uqanda diktatoru sui-qəsddən qorxduğuna görə tez-tez yerini dəyişdirirdi. "Dövlət Araşdırma Bürosu" adını almış ölüm dəstələri isə Aminin müxaliflərini aradan götürür, işgəncəyə məruz qoyur və əksəriyyətini şikəst edirdi. Ölkədə Anqlikan kilsəsinin baş yepiskopu, Uqanda bankının rəhbəri və bir çox nazirlər birbaşa Aminin adamları və özü tərəfindən öldürüləcəkdi.

İrqçiliyi iqtisadiyyatı çökdürdü

Diktatorların çoxu kimi Amin də "anadangəlmə iqtisadiyyatçı" idi. 1972-ci ildə "İqtisadiyyatı əllərində saxlayıb uqandalıları kasıb etmək" ittihamı ilə Uqandadakı asiyalı əhaliyə qarşı iqtisadi müharibəyə başladı. Bu, eyni zamanda İngiltərəyə də meydan oxumaq idi. Çünki asiyalılar ingilislər tərəfindən ölkəyə gətirilmişdi. Onlar zamanla ticarət və ictimai sektorda önəmli bir yer tutmuşdular. Amin ingilis pasportu daşıyan, eyni zamanda uqandalı olan 70 min nəfərlik bu asiyalı qrupun üç ay ərzində ölkəni tərk etməsini əmr etdi. Tərk etdilər. Geridə buraxdıqları var-dövlət Amin tərəfdarlarına paylandı. Anti-demokratik rejimlərin hakim olduğu digər ölkələrdəki kimi bu Afrika diyarında da həyata keçirilən sərmayə transferi bir işə yaramadı. Naşı əllərə düşən iqtisadiyyat və ictimai xidmət yerdə sürünməyə başladı. İdi Amin, 1972-ci ildə minlərlə hindli və pakistanlını deportasiya etməsinin səbəbini "Qəlb gözüylə Allahı gördüm. Mənə Uqandanı xilas etmək istəyirsənsə, bütün xariciləri ölkəndən çıxart dedi", -sözlərilə izah etdi...

Amin İngiltərəylə körpüləri yandırdı və ingilislərə aid bir sənaye obyektini milliləşdirdi. Ölkəsindəki israilli hərbi mütəxəssisləri də deportasiya etdikdən sonra üzünü Liviya lideri MüəmmərQəzzafiyə və SSRİ-yə çevirdi.

Aminin bir əli Fələstin Azadlıq Təşkilatının üzərində idi. İsraillilərin boşaltdığı binanı fələstinlilərə vermişdi. Belə ki, fələstinli döyüşçülərin 1976-cı ildə qaçırdıqları, israllilərlə dolu olan "AirFrance" təyyarəsini Uqandaya endirmələrindəAminin barmağı olduğu düşünülür. Fələstinlilər Entebbe hava limanında israillilərlə bazarlıq edərkən İsrailin xüsusi təyinatlılarının bir hücumuyla sərnişinlər azad edilmiş, Uqanda hava qüvvələrinə aid təyyarələr də məhv edilmişdi. Buradakı toqquşma zamanı məşhur israilli siyasətçi və hökumət başçısı Netanyahunun qardaşı da öldürülmüşdü.

Aminin diktatorluğu ancaq və ancaq xalqını əzməyə yetmiş, başqa diktatorluqlarda olduğu kimi həqiqi bir güclə qarşılaşanda xarizması çox pis pozulmuşdu.

Hitlerə heyran idi

Uqandanın manyak diktatoru eyni zamanda Hitler heyranı idi. 1972-ci ildə BMT baş katibinə yazdığı məktubda "Hitler 6 milyon yəhudini qaz otaqlarına göndərsə də, bunu, yəhudilər dünya xalqlarının mənafeyi əleyhinə çıxdığına görə etdi", - demişdi.

Amerikanın qucağındakı diktator

Amin Afrikadakı müstəmləkəçiliyin buraxdığı dağıntıda yetişən diktatorlar arasında ən məşhuru idi. 1950-ci illərdə Keniyadakı MauMau üsyanından sonra qurulan düşərgələrdə acımasızlığı ilə seçilmişdi. Burada ona "boğucu" adı verilmişdi. İngiltərəyə sədaqəti və kommunistlərə bəslədiyi nifrət onu o dövrün qərbli super güclərinin gözündə inanılası müttəfiq etmişdi. Hər nə qədər qərbli siyasətçilər öz aralarında ona "kloun" desə də, xalqını güldürmədiyi dəqiq idi... İngilis və Amerikadan aldığı hərbi yardımla xalqın üzərinə kabus kimi çökmüş, əsgərlərinə MKİ və israillilər təlim keçmişdi. Getdikcə artan tələbləri və Tanzaniyanı işğal etməsi sahiblərini əsəbiləşdirmiş, silah gücünə hakimiyyətə gəldiyi kimi, silahla da devrilmişdi.

"Yeməyiniz bitsə, sizə qarğıdalı göndərərəm!"

İngilislərə, yeməkləri bitsə, qarğıdalı göndərəcəyini söyləyən Aminin "alicənablığından" amerikalılar da payını alacaqdı. 1976-cı ildə ABŞ-ın eks-prezidentlərindənRiçardNiksonuUotergeytskandalınıntəsirlərindən qorumaq üçün Uqandaya dəvət etmişdi.

Uqanda diktatoru dünya sülhünü də gözardı etməmişdi. 1979-cu ildə konvensional silahların nüvə silahlarıyladəyişdirilməsini və nüvə silahının bütün ölkələrə paylanmasını təklif etmişdi...

Devirəni devirərlər

Bütün bunlara baxmayaraq, Aminin "məzlum ədəbiyyatı" xüsusilə Afrika xalqları arasında populyarlığını artırmışdı. Dəmir yumruq siyasətini sürətləndirərkən uqandalı diktatorun paronoikliyi daha da artırdı. Məşhur dərgilər tez-tez Aminin adam ətiyləqidalandığını, düşmənlərini yediyini iddia etsə də, bununla bağlı hər hansı dəlilə rast gəlinməyib. Bununla belə, həkimlər Amininduyğusal hərəkətlər və məntiqsiz davranışları nəticəsində "hipomania" xəstəliyinə tutulduğunudeyirdilər. Fiziki görünüşü ilə də qürur duyan diktatorun ən çox sevdiyi cümlə isə bu idi: "Dünyadakı ən gözəl üzə sahibəm. Anam və digər bütün qadınlar belə deyir".

Aminin etdiyi biabırçılıqlar dünya mediasında özünə tez-tez yer tapırdı. Dövlətlərarası dəstəyi azalmağa başlamışdı. Ölkədə olub-bitəndən xəbəri olan Amerika 1978-ci ilə kimi buradan qəhvə almağa davam edirdi. Zatən soyuq müharibə dövründə SSRİ-yə qarşı çıxan bütün diktatorları şokoladla bəsləyən ABŞ-ın Uqandadakı adamına verdiyi dəstək tək bununla bitmirdi.

Bütün diktatorlar kimi Amin də tezliklə qonşu torpağına göz dikdi. 1978-ci ildə Liviya qüvvələrinin dəstəyi ilə Tanzaniyanın Uqandayla sərhədində yerləşən şimal vilayəti Kageranın işğalına cəhd etməsi Aminin sonu oldu. Tanzaniya qüvvələri Uqandaya girdi. Fürsətdən istifadə edən Uqanda ordusunun daxilindəki üsyançı güclər paytaxt Kampalanı ələ keçirdi. Amin dərhal Liviyaya qaçdı və müəllimi Qəzzafinin yanına getdi. On il Liviyada yaşadıqdan sonra ölənədək yaşayacağı Səudiyyə Ərəbistanına yollandı. Ömrünün son günlərini keçi və toyuq bəsləməklə, tərəvəz yetişdirməklə keçirdi. Etdiklərinə görə ən azından bu dünyada cəzasını almayan diktatorlar karvanına qatılaraq 78 yaşında öldüyü Səudiyyə Ərəbistanında tələm-tələsik dəfn edildi.

Ölkəsində hippiliyi və rəngarəng geyimləri qadağan etməsilə hər kəsi güldürdüyü kimi, acımasızəməllərilə də dəhşət saçmışdı. Şübhəsiz ki, tarix onu bütün yönlərilə xatırlayacaq. Hər şey unudulsa da, Uqandanın talesizliyini izah edən bu cümləsi heç vaxt unudulmayacaq:

"Ölkədən çıxandan bəri Uqandada insan haqlarına sayğı göstərilmir".

Tarix
2016.02.10 / 09:27
Müəllif
Emin Piri
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla