Ana səhifə Planet |
Albert Eynşteynin 100 ildir ki, isbat edilməyən yer çəkimi ilə bağlı nəzəriyyəsi sübuta yetirilib.
Axar.az xəbər verir ki, elm adamları Eynşteynin son
nəzəriyyəsini kainatın işinə ən uyğun nəzəriyyə hesab edirdilər.
Eynşteynin 1916-cı ildə irəli sürdüyü bu nəzəriyyə ABŞ-ın
Texnologiya və Kaliforniya İnstitutları tərəfindən isbat
edilib.
Bu iki institut tərəfindən keçirilən mətbuat konfransında bu
nəzəriyyənin Nobel mükafatına layiq görüləcəyi qeyd edilib.
Müşahidələr zamanı bir-birilə toqquşan iki qara deşik aşkar
edildiyi qeyd edilib, həmçinin toqquşma səsi də eşidilib.
Kəşfiyyatı qiymətləndirən astro-fiziklər qara dəliklərdən alınan
siqnalın cazibə dalğalarının varlığı ilə bağlı heç bir şübhə
qalmadığını vurğulayıblar.
Qeyd edək ki, Eynşteynin 1916-cı ildə irəli sürdüyü bu nəzəriyyə
heç bir şəkildə isbat edilə bilməmişdi. Təxminən 100 il öncə Albert
Eynşteyn özünün şah əsərini – Ümumi Nisbilik Nəzəriyyəsini dünyaya
təqdim etmişdi. Bu nəzəriyyə bir çox fiziki hadisəni qabaqcadan
proqnozlaşdırırdı. Planetlərin Günəş ətrafında hərəkəti, işığın
qravitasiyaya görə istiqamətini dəyişməsi, qara dəliklər,
qravitasiya dalğaları və s. Sonuncudan başqa digərləri Eynşteyn
yaşayarkən və ya ölümündən sonra isbat edilib. Bunlardan ən
maraqlısı isə Qara dəliklərdir. Qara dəliklər deyəndə ilk ağla
fəzanın müəyyən yerində dəlik olduğu gəlir. Lakin, bu belə deyil.
Düzdür, çox təsvirlərdə ikiölçülü fəzada fəzanın yarılması kimi
göstərilir. Fikir yetirilməli məqam isə o təsvirlərdə yuxarı və
aşağı istiqamətdə fəza yoxdur. Əksinə, o fəzanın necə sıx olduğunu
göstərir.
Tarix
2016.02.12 / 00:04
|
Müəllif
Pərviz Həsənov
|