Yuxarı

TANAP-la bağlı daha bir tenderin qalibi bilindi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

TANAP layihəsi çərçivəsində həyata keçirilən daha bir tender sona çatıb.

ANS PRESS-in məlumatına görə, "Tekfen Holding"in "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti Azərbaycan qazının Türkiyəyə və Avropaya daşınmasını nəzərdə tutan Trans Anadolu qaz Boru Kəməri (TANAP) layihəsinin kompressor və ölçmə stansiyalarının mühəndislik, təchizat və tikinti işlərini öz öhdəsinə götürüb.

Bu işlərin smeta dəyəri 457 milyon dollar təşkil edir. Layihənin tamamlanması müddəti 39 ay müəyyən olunub.

Ötən ilin iyun ayından başlayan tenderdə iştirak üçün 11 şirkət müraciət etmişdi. Artıq 2 kompressor və 4 ölçmə stansiyasının tikintisi üçün adıçəkilən şirkətlə razılaşma imzalanıb.

TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlk qaz ixracatının 2018-ci ildə həyata keçiriləcəyi gözlənilən TANAP boru kəməri ilə ilk öncə 16 milyard, daha sonra 24 milyard və 31 milyard kubmetr təbii qaz daşınması planlaşdırılır.

TANAP-ın ötən ay tamamlanan Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan 459 kilometrlik hissəsinin tikintisinin tenderini Punj Lloyd-Limak şirkəti qazanıb.

Fevralın 2-də Türkiyənin Ankara bölgəsinə Dikilitaş Məhəlləsində dəmir boruları yerləşdirmək üçün buldozerlərlə qazıntı aparılan zaman yeraltı otaqlar aşkarlanıb. Üzərində xaç simvolları olan otaqların tapılmasından sonra ərazidə aparılan TANAP-ın tikinti işləri dayandırılıb.

Tarix
2016.02.17 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla