Yuxarı

Argentinada Xocalıdan danışdılar - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunub.

Axar.az xəbər verir ki, tədbir səfirlik və Argentinanın La Plata universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunub.

Səfirliyin müvəqqəti işlər vəkili Rəşad Aslanov Xocalıda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımdan, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlərdən danışıb.

O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verib.

R.Aslanov güclü erməni diasporu olan Argentinada da Xocalı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasının zəruriliyini qeyd edib.

Azərbaycanşünaslıq kafedrasının əlaqələndirici professoru Paulo Botta bu soyqırımın danılmasının qeyri-mümkünlüyünü, Argentinada həmin hadisələrlə bağlı məlumatlılığın artırılmasının vacibliyini bildirib.

Tarix
2016.02.23 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla