Yuxarı

Bahar Muradova Vyanaya gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.

Axar.az Milli Məclisin saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev, deputatlar Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili daxildirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və ATƏT PA-nın Büro üzvü Azay Quliyev öncə Daimi komitənin iclasında iştirak edəcəklər. Həmin iclası ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənəcək, maliyyə hesabatı dinləniləcək, cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunacaq. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

ATƏT PA-nın 15-ci qış sessiyasında öncə Ümumi komitələrin birgə iclası keçiriləcək. ATƏT-in Baş katibi, səfir Lamberto Zanerin və qurumun Parlament Assambleyasının xüsusi nümayəndəsi xanım Xedi Frayın məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq. "ATƏT regionunda miqrant və qaçqın böhranı" məsələsi üç komitənin birgə iclasında xüsusi müzakirə mövzusu olacaq.

Siyasi məsələlər və təhlükəsizlik Ümumi komitəsinin iclasında "ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə" mövzusu ətrafında geniş diskussiya aparılacaq.

Demokratiya, insan hüquqları və humanitar məsələlər Ümumi komitəsində "Miqrantların və qaçqınların insan hüquqları" məsələsi diqqət mərkəzində olacaq.

İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitənin iclasında "Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar" məsələsinə baxılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiya çərçivəsində bütün iclaslarda fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

Tarix
2016.02.24 / 00:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla