Yuxarı

Bakıda xanım müğənni qəzaya düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakıda xanım sürücü qarşısına çıxan it səbəbindən idarə etdiyi avtomobillə qəzaya düşüb.

ANS-in məlumatına görə, Ziya Bünyadov prospekti ilə hərəkət edən xanım sürücü qarşısına çıxan iti vurmasa da özü ziyana düşüb.

"Şevrolet" markalı maşının sürücüsü Sevda Kazımova 20 Yanvar dairəsi istiqamətində hərəkət etdiyi zaman qarşısına it çıxıb. Heyvanı vurmaq istəməyən xanım sürücü qəfil əyləcdən istifadə edib. İtin həyatını xilas etməyə müvəffəq olan Sevda xanım arxadan gələn "Cip"in zərbəsinə tuş gəlib.

Maddi ziyanın böyük olduğu qəzanın təsəllisi isə insan itkisinin olmamasıdır.

Xanım sürücü yolda əyləcdən istifadə etsə də, qəzanın səbəbkarı "Cip"in sahibi hesab olunur. Çünki yol polisinin yoxlamaları zamanı "Cip"in sürücüsünün ara məsafəsini düzgün hesablamadığı üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam edir.

Tarix
2016.02.27 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla