Yuxarı

Qadın evdə yanaraq öldü - Sabunçuda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bədbəxt hadisə baş verib. 82 yaşlı qadın yanaraq ölüb.

Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Ə. Cəfərov küçəsi ev 14 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Nazlı Musayevaya məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə briqadasının əməkdaşları və texnikası cəlb edilib. Evin 1 otağının yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra FHN əməkdaşları ev sahibi Nazlı Həsən qızı Musayevanın hadisə zamanı yanaraq dünyasını dəyişdiyini müəyyən ediblər. Meyit məhkəmə tibbi ekspertizası üçün morqa aparılıb.

82 yaşlı qadının həmin mənzildə tənha yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paytaxtda bənzər hadisə sonuncu dəfə noyabr ayının 2-də də məhz Sabunçu rayonunda qeydə alınıb. Rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35 ünvanında binalardan birinin həyətindəki avtomobillərin gözətçiliyi ilə məşğul olan, 1975-ci il təvəllüdlü İqor Vladimiroviç Əliyevin nəzarət köşkünün ümumi sahəsi 4 kv.m olan konstruksiyaları yanıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Nazirlik əməkdaşları yanğının qarşısını alsalar da, hadisə vaxtı köşkün içərisində olan İqor Vladimiroviç yanaraq həyatını itirib.

Tarix
2016.03.01 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla