Yuxarı

İlhamənin pul hesabları donduruldu: Miras müəmması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil, bütövlükdə dövlətə qalacaq.

Bu barədə xalq artistinin dayısı oğlu, müğənni Əli Mirəliyev Yeni Müsavat-a açıqlamasında bildirib:

"Əsəbiləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona "bezdelnik" deyirdi. Sonra deyirdi "yox, oğlumdur". Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı, biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri-filan hamısı məndə idi. Sözdür də - gah deyirdi ki, "evi orduya verəcəm", gah deyirdi, "yox, nəvəm var, ona verəcəm". Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq".

Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb:

"Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görümüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, "mən mirasımı ölümümdən sonra Orxana verirəm". Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da "uff, ayaqlarım, hər yerim ağrıyır" deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi... "

Tarix
2016.03.02 / 09:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla