Yuxarı

Bakı hava limanında 2 yaşlı uşaq xəsarət aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.

APA-nın "AZAL"-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təyyarəyə minən zaman 2 yaşlı İsa Əliyev anasının əlindən buraxılaraq pəncərə tərəfə qaçıb. Aeroport binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hadisə yerində aeroportun müvafiq xidməti tərəfindən uşağa tibbi yardım göstəriləndən sonra İsa Əliyev Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi terminalın ərazisində uşaqlar üçün xüsusi yerlərin ayrıldığını bildirib və valideynləri olduqca diqqətli olmağa, aeroport ərazisində hərəkətdə olarkən uşaqları nəzarətsiz qoymamağa çağırır.

Tarix
2016.03.03 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla