Yuxarı

Dünən işdən çıxan başçı kitab yazır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən çıxarılan Laçın rayonunun icra başçısı Akif Səlimov həm də şair imiş.

Axar.az xəbər verir ki, uzun müddət polis rəisi, 3 ilə qədər isə icra başçısı vəzifəsində çalışan A.Səlimov iki kitab müəllifidir.

Tərcümeyi-halında Akif İsmayıl oğlu Səlimovun 7 noyabr 1950-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olduğu göstərilir. 1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci ildə isə Politexnik İnstitutunu bitirib.

1982-1984-cü illərdə Laçın Rayon Partiya Komitəsində təlimatçı, 1984-cü ildən 1990-cı ilədək Laçın Rayon Milis Şöbəsində rəis müavini, 1990-1994-cü illərdə isə Laçın Rayon Polis Şöbəsinin rəisi işləyib. 1994-1996-cı illərdə Goranboy, 1996-2000-ci illərdə Qax, 2000-2006-cı illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi olub.

56 yaşında təqaüdə çıxan polis polkovniki 2007-2013-cü illərdə Yaqub MMC-nin direktoru kimi bizneslə məşğul olub.

Uzun müddət hüquq-mühafizə orqanlarında rəis vəzifəsində çalışan A.Səlimovun 56 yaşında qəflətən təqaüdə çıxması müəyyən suallar yaradır. Çünki polis rəislərinin təqaüdə çıxma yaşı 60 götürülür.

2013-cü ilin martın 4-də Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alan A.Səlimov 2016-cı il martın 3-də vəzifədən azad edilib.

Şairliyi

Akif Səlimov 4-cü sinifdə oxuyandan şeir yazmağa başlayıb. Lakin heç vaxt yazdığı şeirləri çap etdirməyib. Sabiq başçının iki kitabı işıq üzü görüb – "Cığırlar birləşsələr" və "Ora Vətəndir".

Daha bir maraqlı fakt isə A.Səlimovun gələcək fəaliyyəti ilə bağlıdır. Ötən ilin mayında Laçın.info saytına müsahibə verən 65 yaşlı sabiq başçı "Laçından kənarda gördüyüm Laçın" adlı kitab yazacağını deyib:

"İnşallah, təqaüdə çıxdıqdan sonra yaradıcılığı davam etdirmək fikrindəyəm. Yazacağım kitabın təxminən mövzusu da hazırdır: "Laçından kənarda gördüyüm Laçın". Bax, bu mövzuda bir kitab yazmaq istəyirəm. Ancaq iki kitabım da çapa hazırdır. Onlardan biri "Altaydan başlanan yol" adlanır. Sadəcə, ona görə çap etdirmirəm ki, bəzi adamlar fikirləşər ki, hazırda icra başçısıdır. Kiməsə xahiş eləyib, yazıblar".

A.Səlimov yenidən vəzifəyə qayıtmasını isə belə izah edib:

"Bu sualı mənə dostlar da veriblər. Tək bir cavabım var: Mən bu vəzifəyə laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm".

Tarix
2016.03.04 / 13:53
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla