Yuxarı

Prezidentlər bu məqamda özlərini saxlaya bilmir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin birinci şəxsləri belə bəzən emosiyalarını cilovlaya bilmir.

Axar.az prezidentlərin nələrə güldüyünü əks etdirən unikal videoları bir araya toplayıb.

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin alman jurnalistin NATO-nun raket qalxanının Rusiyaya qarşı deyil, İran əleyhinə tikildiyi fikrinə gülür:

Bill Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun eks-prezident Boris Yeltsinlə görüşü zamanı uzun müddət dünya mətbuatının manşetlərini bəzəyən hadisə baş vermişdi. Yeltsin tərəflərin görüşünün baş tutmayacağını iddia edən BMT-nin proqnozunun yanlış çıxdığını demişdi. Tərcüməçi isə səhvən bu sözü Amerika slanqı (söyüş) kimi tərcümə etmişdi:

"BMT bizim görüşümüzün baş tutmamasını proqnozlaşdırmaqla öz altını batırdı".

Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuat konfransında ONT kanalının danışdığı lətifəyə gülür:

"Bir gün Barak Obama, Dmitri Medvedyev və Aleksandr Lukaşenko qayıqda gedir. Obama deyir: "Mən ABŞ kimi dünya nəhəngi olan bir dövlətin rəhbəriyəm, avar çəkə bilmərəm. Medvedyev deyir: "Mən Rusiya kimi hegemon bir dövlətin prezidentiyəm, mən də avar çəkə bilmərəm".

Bu vaxt Lukaşenko deyir: "Gəlin səsvermə edək. Kimin avar çəkəcəyinə demokratik yolla qərar verək".

Tərəflər razılaşır. Bir müddət sonra Medvedyevlə Obama avar çəkir, Lukaşenko isə yerini rahatlayıb ətrafa boylanır. Obama Medvedyevə deyir: "Deyəsən, Lukaşenko bizi yenə aldatdı. Biz üç nəfərik, amma ona dörd nəfər səs verdi".

Corc Buş

ABŞ-ın 43-cü prezidenti Corc Buşu jurnalistin Oklahoma ştatına prezidenti görmək üçün çox sayda adamın toplaşdığını deməsi səbəbsiz yerə güldürür:

Barak Obama

ABŞ Prezidenti Barak Obamanı "Deyli Şou" verilişində jurnalistin verdiyi sual güldürür. Jurnalist prezidentdən soruşur:

"Biz Yaxın Şərqdə kimi bombalayırıq? Hansı komandanın tərəfindəyik?"

Pyotr Poroşenko

Ukrayna lideri Pyotr Poroşenko çox çətin qərarlar qəbul etdiyini dilə gətirərkən özünü saxlaya bilmir. "Baş nazirdən də yardım istəyə bilərdim" dedikdən sonra isə prezident ürəkdən gülməyə başlayır:

Tarix
2016.04.12 / 14:12
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla