Yuxarı

Ermənilər cəbhədə təxribata hazırlaşır – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hazırkı daxili siyasəti Azərbaycan ordusunun hücumlarından sarsılmış hakimiyyətinin hər cür avantüraya getməyə hazır olduğunu göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat yenidən cəbhədə hərbi vəziyyətin kəskinləşməsinə münasibət bildirib:

"Ermənistan revanş götürmək istəyir. Ona görə də Azərbaycan tərəfini yenidən təxribata çəkməyə çalışır. Azərbaycan ordusu isə layiqli cavabları verir. Tam müharibənin şərtlərinə uyğun bir vəziyyət yaranıb. Hesab edirəm ki, bütün situasiyalara hazır olmalıyıq. Ermənistan hazırkı daxili siyasəti Azərbaycan ordusunun hücumlarından sarsılmış hakimiyyətinin hər cür avantüraya getməyə hazır olduğunu göstərir. Cəbhə xəttində vəziyyətin qəsdən gərginləşdirilməsi bundan xəbər verir. Məncə, Azərbaycan lazımı cavabı verdikdən sonra ermənilər öz yerlərində oturacaqlar, başqa yolları da yoxdur".

Millət vəkili Qarabağ prosesinin bundan sonrakı gedişatını proqnozlaşdırmağın çətin olduğunu da dilə gətirib:

"Vəziyyətin qlobal müharibəyədək böyüyəcəyini zənn etmirəm. Çünki bütün hallarda Azərbaycanın iradəsi çox şeyi həll edəcək. Torpaqlarımız işğaldan azad olunana qədər Azərbaycan qətiyyətli mövqeyini davam etdirməlidir. Erməniləri Qarabağdan çıxarmaq üçün hərəkətə keçməliyik. Qarabağın taleyi məhz bundan asılı olacaq".

Tarix
2016.04.28 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla