Yuxarı

Azərbaycanlıların Moskvada göyərti müharibəsi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı biznesmen Canpolad Şamiloğlunun ölümünə "qanuni oğru"lar arasında göyərti bazarına nəzarəti ələ keçirmək üçün gedən "müharibə" səbəb olub.

Virtualaz.org bildirir ki, bu barədə "Rosbalt" yazıb.

"Paytaxtın piştaxtalarında satılan hər dəstə şüyüd, kişniş, vəzəri, cəfəri və s. göyərtilərin demək olar ki, hər dəstəsi Canpoladın əlindən keçirdi", - hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"-a bildirib.

O, faktiki olaraq "Göyərti kralı" hesab olunurdu və onların topdansatışının bütün mərhələlərinə nəzarət edirdi.

Agentliyə məlumat verən mənbə bildirib ki, C.Şamiloğlu son vaxtlar "qanuni oğru" Vaqif Süleymanovla yaxınlıq edib. Məlumata görə, həmin Vaqif Süleymanov hazırda məhz göyərti biznesi uğrunda digər "qanuni oğru" Rövşən Lənkəranskinin adamları ilə sözün həqiqi mənasında, müharibə aparır.

C.Şamiloğlu məhz bu müharibənin qurbanı olub.

Virtualaz.org xatırladır ki, 46 yaşlı azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 17-nə keçən gecə öldürülüb.

Hadisə Moskvanın qərbində baş verib. Cinayətkarlar ona yeraltı avtodayanacaqdan çıxıb evinə gedərkən hücum ediblər. Biznesmen dörd güllə ilə vurulub. Onun cəsədi səhər saatlarında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qonşuları bildiriblər ki, saat 03 radələrində səs-küy və atəş səslərini eşidiblər, amma heç kim küçəyə çıxmayıb.

Tarix
2016.04.28 / 13:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla