Yuxarı

Oqtay Əsədovdan deputatlara xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, O. Əsədov deputatlara cəbhədə baş verənlərlə bağlı çıxışlarında diqqətli olmağı məsləhət görüb. O deyib ki, deputatların bəyanatları və çıxışlarındakı yanlışlıqlar pis nəticələr verə bilər:

"Bundan başqa, mən dustluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq".

O. Əsədov xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb.

Fərəc Quliyevin Serj Sərkisyanın çıxışından bir neçə dəfə sitat gətirərək Ermənistan hakimiyyətinə qarşı kampaniya qurulması təklfinə Milli Məclisin sədri mənfi cavab verib: "Sərkisyandan tez-tez sitat gətirirsiniz, bu, düzgün deyil. Ermənistan hakimiyyəti başını itirib. İki gün qabaq Sərkisyan bəyanat verir ki, danışıqları dayandırır. Dünən isə onun xarici işlər naziri açıqlama verir ki, danışıqlara sadiqdirlər. Belə başını itirmiş adamdan nə çox sitat gətirirsiniz?.."

Tarix
2016.04.29 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla