Yuxarı

Marxuliya: “Azərbaycan ordusu yenilməzdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı birləşmələrinin 25 ilə qurduqları müdafiə istehkamı Azərbaycan ordusu tərəfindən cəmi bir neçə saata darmadağın edildi. Aprelin əvvəllərindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu təkcə Dağlıq Qarabağı deyil, bütün Ermənistanı ala bilər.

Bu sözləri Report-a müsahibəsində tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya söyləyib.

Tarixçi alim deyib: "Bu savaşda Ermənistan göstərmək istədi ki, guya, o, müstəqil dövlətdir, müstəqil siyasət yürüdür var və o, heç bir xarici dövlətlərdən asılı deyil. Amma əslində bu, ucuz oyundur və bu yalana ermənilərdən başqa heç kəs inanmır. Son günlər baş verənlər, Azərbaycan Ordusunun həmlələri nəticəsində işğal altında olan torpaqların bir qisminin azad olunması, ermənilərin danışıqlar prosesindən yayınmaq cəhdi, bu arada mülki insanları, obyektləri atəşə tutması bir daha sübut etdi ki, Ermənistan iflasa uğrayıb. Orduların gücünün fərqi döyüş vaxtı Ermənistan dövlətinin süqutu deməkdir. Biz bilirik ki, Azərbaycan qarşısına məqsəd qoyarsa, az bir vaxtda Qarabağı almaq gücündədir. Ancaq hələlik Azərbaycan sülhsevər siyasət yürüdür, dözümlülük nümayiş etdirir və hələ ki, yalnız cavab atəşi ilə müharibəni dayandırmaq istəyir".

Marxuliyanın sözlərinə görə, Ermənistan dövləti çıxılmaz vəziyyətdə qaldığı üçün danışıqlardan yayınmağa çalışır:

"Bu gün Ermənistan prezidenti, guya erməni xalqının danışıqlardan imtina etdiyi, torpaqlardan çəkilmək istəmədiyini iddia edir. Əslində bu belə deyil. Dağlıq Qarabağda ölənlər Ermənistan vətəndaşlarıdırlar və sadə xalq müharibə istəmir. Hakimiyyət də bunu yaxşı başa düşür, sadəcə olaraq, biabırçı təslim olmaqdan qorxur. Ona görə də müxtəlif bəhanələrlə vaxtı uzatmaq istəyir".

"Bütün bunlara baxmayaraq, inanıram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına çox az vaxt qalıb" – deyə, Marxuliya vurğulayıb.

Tarix
2016.04.29 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla