Yuxarı

“Boz Kardinal” Krımda gizli görüş keçirir - Sensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Cənubi Osetiya və Abxaziya üzrə köməkçisi Vladislav Surkov Krım rəhbərləri Vladimir Konstantinov və Anatoli Moqilyovla qeyri-rəsmi görüş keçirib.

"Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krım Ali Radasının sədri Konstantinovun mətbuat katibi Oksana Korniyçuk jurnalistlərin suallarını cavablandırarkən Surkovla hər- hansı görüşün olmadığını bildirib. Lakin muxtar vilayətin Baş nazirinin mətbuat katibi Violette Lisina media nümayəndələrinə açıqlama verərək, Moqilyovla Putinin köməkçisinin görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, Kerç boğazı üzrərindən Ukrayna- Rusiya dostluq körpüsünün tikintisi görüşdə müzakirə mövzusu olub. Lakin ukraynalı siyasilər səslənən bu fikirlə razılaşmırlar. Onlar bildiriblər ki, artıq neçə onilliklərdir ki, körpunun təməlinin qoyulması kağız üzərində qalır. Onlar bir qədər də irəli gedərək, "Rodina" (Vətən) kimi blokun yaradıcısi və bununla da iqtidar partiyası olan "Yedinaya Rossiya"nın (Vahid Rusiya) seçkilərdə uğurunu təmin etmış bir şəxsin Krıma gizli səfərinin altında Kremlin müəyyən məkrinin olduğu qənaətindədirlər.

Surkovun adamları bu aralarda Krım tatarlarını da ələ almağa cəhd edib. Belə ki, onlar Krıma komək etmək istəklərini açıqlayıblar. Lakin Krım tatarlarının liderlərindən biri olan Refat Çubarov qəti şəkildə bildirib ki, kömək ayrılıqda deyil, yalnız Ukrayna üzərindən mümkündür. Bundan sonra rus emissarlar onunla təmasa girməyiblər.

Xatırladaq ki, əsl adı Aslanbek Andarbekoviç Dudayev olan Vladislav Surkov 21 sentyabr 1964-cü ildə Çeçenistanın Duba-Yurt məntəqəsində anadan olub. Sonralar anası ilə Rusiyanın dərinliklərinə köç edən Aslanbek anası tərəfindən pasportunda Vladislav Surkov kimi qeydiyyatdan keçib. Gənc olmasına baxmayaraq, Kremlin "Boz kardinalı", Putinin "sağ əli" sayılır. Hətta Çeçenistan müharibəsinin yatırılmasında Putinin ona istinad etdiyi deyilir. Böyük və peşəkar siyası texnoloqdur. Sahibkar Mixail Xodorkovskinin cangüdəni işləmiş Surkovun Çeçenistan rəhbəri Ramzan Kadırovla da yaxın dost münasibətləri var. Dəfələrlə damarlarında çeçen qanının axması ilə fəxr etdiyini bildirib.

Tarix
2014.02.18 / 09:00
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla