Yuxarı

İrəvan Bakının əl-qolunu açır – Mühüm gəlişmə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıması bölgədə nəinki bütün status-kvonu dəyişdirər, danışıqlar prosesini alt-üst edər və indiyə qədərki sülh prosesinin üstündən xətt çəkər. Bu isə açıq şəkildə hərbi qarşıdurmanın alovlanması və müharibə deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ermənistanın qondarma Dağlıq Qarabağ separatçı rejimin tanınması ilə bağlı layihəni müzakirəyə çıxarmasını şərh edən sabiq dövlət müşaviri proseslərin Bakının xeyrinə inkişaf etdiyi qənaətindədir:

"Ermənistan belə bir riskə getməyəcək. Çünki əks təqdirdə Ermənistan dərhal təcavüzkar dövlət qismində çıxış etmiş olacaq. Beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin Ermənistanı təcavüzkar ölkə elan etməsi bu ölkəyə ağıllarına belə gətirmədikləri sanksiyaların tətbiqinə gətirib çıxara bilər. İrəvan özü də istəmədən Bakının əl-qolunu aça və BMT nizamnaməsinə uyğun olaraq hər cür yaşıl işıq yandırar. Sözügedən məsələ həm beynəlxalq, həm də yaradacağı hüquqi siyasi vəziyyət baxımından Ermənistanın xeyrinə olmayan xoşagəlməz bir durum yarada bilər. Güman edirəm ki, onlar qondarma Dağlıq Qarabağda ikili əlaqələr haqqında müqavilə imzalanması barədə qərar çıxara bilərlər. Bildiyiniz kimi, Azərbaycan tərəfi Rusiyadan Ermənistana silahların daxil olmasına bir şərtlə razıdır ki, həmin silahlar Dağlıq Qarabağda peyda olmasın. İndi də ermənilər görünür, bu müqaviləni imzalamaqla gələcəkdə Dağlıq Qarabağa silah göndərilməsini bir növ qanuni müstəviyə keçirmək istəyirlər. Qarabağın muxtar statusu müəyyən olunmadıqca isə hər hansı bir müqavilənin özü də qanunsuzdur. Bir sözlə, ermənilər hansı addımı atırsa-atsın, hüquqi nonseslə qarşı-qarşıya qalacaqlar. Bu da beynəlxalq aləmdə onların xeyrinə olmayan yeni vəziyyət yaradacaq".

Qeyd edək ki, Ermənistan parlamenti mayın 5-də Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə bağlı müxalif İrs Partiyasından deputat Zarui Postancyan və eks-baş nazir, hazırkı deputat Hrant Baqratyanın təşəbbüsü ilə irəli sürülən layihəni mayın 10-da parlamentin növbədənkənar iclasında müzakirə çıxaracaq.

Tarix
2016.05.06 / 09:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla