Yuxarı

Ermənistandan 100 min azərbaycanlını sürgün edən əmr - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ lideri İosif Stalinin 23 dekabr 1947-ci ildə azərbaycanlıların öz dədə-baba torpaqlarından sürgün edildiyini təsdiqləyən əmrinin surəti sosial şəbəkələrdə yayılıb.

Axar.az xəbər verir ki, Stalinin bu əmrində 1948-50-ci illərdə Ermənistanda yaşayan 100 min azərbaycanlının Azərbaycana köçürülməsi, onların boşaldılmış evlərinə isə xaricdə yaşayan ermənilərin məskunlaşdırılması barədə göstəriş verilir.

Xatırladaq ki, 20-ci əsrdə Qərbi Azərbaycandan azərbaycanlılar bir neçə dəfə, hissə-hissə köçürülüb və nəticədə Azərbaycanla Türkiyə arasında qondarma bir "ölkə" yaradılıb. Əsrin əvvəllərindən başlayan deportasiya 1933, 1948-53 və 1988-ci illərdə davam etdirilib.

1918-ci ildə isə 500 mindən artıq azərbaycanlı Qərbi Azərbaycanda erməni daşnakları tərəfindən məhv edilib, minlərlə kənd dağıdılıb, azərbaycanlılara qarşı olmazın işgəncələr həyata keçirilib.

Sonuncu dəfə - 1988-ci ildə isə Ermənistandan 250 min azərbaycanlı qovulub.

Ötən əsrin əvvəllərində indiki Ermənistanın paytaxtı İrəvan əhalisinin 87 faizini təşkil etdikləri halda, bu gün nəinki İrəvanda, hətta Azərbaycan torpaqları hesabına Rusiyanın birbaşa iştirakı ilə yaradılan bütün Ermənistanda bircə azərbaycanlı da yaşamır.

Tarix
2016.05.09 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla