Yuxarı

Erməni təxribatının qarşısı alındı - Moskvada

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni təxribatının qarşısı alındı - Moskvada

Ermənilər Moskvada Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələri bu gün paytaxtda keçirilən "Ölümsüz Polk" yürüşü zamanı separatçı rejim olan qondarma "DQR"-in bayrağını qaldırmağa cəhd ediblər.

Moskva hökumətinin dəvəti ilə faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunan "Ölümsüz Polk" yürüşünə dəvət olunan Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Ümumrusiya Azerbaycan Konqresinin (ÜAK) fəalları erməni diasporunun bu təxribatının qarşısını alıb. Onlar erməni diasporuna etiraz edərək onların yürüşdə qondarma "DQR" bayrağını qaldırmağa imkan verməyiblər.

AMOR və ÜAK üzvləri ilə erməni diasporu arasında yaşanan qarşıdurmaya Moskva polisi müdaxilə etməli olub. Polis erməni diasporuna separatçı rejimin simvolunu yürüş məkanından yığışdırmaq barədə xəbərdarlıq edib.

Beləliklə, erməni tərəfinin müqavimətinə baxmayaraq azərbaycanlı gənclər növbəti dəfə vətənpərvərlik və birlik göstərərək təxribatın qarşısını alıblar.

Tarix
2016.05.10 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla