Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 134 dəfə pozub.
Müdafiə Nazirliyindən
Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası
İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun
Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və
Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş
Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Mərzili,
Qaraqaşlı, Şuraabad, Nəmirli, Yusifcanlı, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq
düşmənin mövqeləri və səngərlərinə 135 dəfə atəş zərbəsi
endirib.