Yuxarı

Erməni general: “Biz gördük ki, Azərbaycan...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşı tərəfin gücünü düzgün qiymətləndirmək lazımdır. Biz gördük ki, ötən illər ərzində Azərbaycan öz Silahlı Qüvvələrini yenidən təchiz etməyi bacarıb. O cümlədən, ixtisaslaşma planı həyata keçirilib. Belə ki, onlar Türkiyədə, İsraildə və başqa ölkələrdə hazırlıq kursları keçiblər. Biz onların pilotsuz uçuş aparatlarının və artilleriyalarının üslub və keyfiyyətini gördük.

Teleqraf.com xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış, 1988-ci ildən 2000-ci ilədək Dağlıq Qarabağda müxtəlif hərbi vəzifələr tutmuş general-mayor, "Artsaxın qəhrəmanı" adına layiq görülmüş Vitali Balasanyan bildirib.

Azərbaycanın istifadə etdiyi silah növlərini şərh edən qondarma rejimin "deputatı" deyib:

"Keçmiş hərbçi kimi mən deyə bilərəm ki, bu gün keyfiyyət və kəmiyyət dəyişikliyi var".

Bununla belə, V.Balasanyan özünü tox tutmağa çalışıb. Belə ki, o, dəyişikliyə baxmayaraq, məsələnin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, V.Balasanyan Əsgəranda doğulub. 1988-ci ildə əvvəlcə Əsgəranda könüllü dəstələrdən birinə başçılıq edib. Hərbi karyerasını irəlilədib və 1999-2005-ci illərdə Dağlıq Qarabağ separatçı rejiminin "müdafiə nazirinin" müavini olub. 2007-2010-cu illərdə qondarma rejimin "prezidenti"nin müşaviri işləyib. 2012-ci il "prezident seçki"sində 33 faiz səs toplayaraq Bako Saakyana məğlub olub. Azərbaycana qarşı çoxsaylı döyüşlərdə, o cümlədən Ağdam, Horadiz əməliyyatlarında iştirak edib.

Tarix
2016.05.10 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla