Yuxarı

Beş ölkə lideri İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:29

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilinin təbrik məktubunda isə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gözəl gündə xatırlamaq xoşdur ki, Azərbaycan xalqı uğurlu və müstəqil dövlət qurmaq yolunda böyük çətinlikləri dəf edib. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün biz Azərbaycanın firavan ölkə olduğunun və beynəlxalq arenada layiqli yer tutduğunun şahidiyik. Strateji əməkdaşlığımızı nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətləri və sıx əməkdaşlıq ölkələrimiz və xalqlarımız naminə birgə səylərimiz nəticəsində gələcəkdə daha da dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına sülh, sabitlik, rifah arzulayıram".

19:09

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri,

Xahiş edirəm, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gözəl fürsətdən istifadə edərək, ötən illərdə nail olduğumuz və xalqlarımızın ortaq maraqlarına xidmət edən əməkdaşlığımızın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istərdim.

Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin",- təbrikdə qeyd edilir.

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri,

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edib, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul edin",- təbrikdə qeyd edilir.

***

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçic Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Çox hörmətli cənab Prezident,

Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bir müddət əvvəl çox böyük qonaqpərvərliklə qarşılandığım ölkənizin hərtərəfli inkişafı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Ali diqqətinizə çatdırıram ki, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində qərarlıyıq. Əminəm ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə uyğun olaraq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı və möhkəmləndirilməsi naminə birgə səylərimizi göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək, cənab Prezident, bir daha ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.

Tarix
2016.05.24 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla