Yuxarı

Məmmədov Qazaxıstanda diplomatlara mühazirə oxudu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda R.Məmmədov dövlətlərarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışıb.

Axar.az xəbər verir ki, Komitə sədrinin müavini, həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhəmiyyətini, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb.

Türk Akademiyasının aparıcı eksperti, TDƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub.

Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir. Türkdilli ölkələrin gənc diplomatları üçün önəmli bir foruma çevrilən təhsil proqramında xarici siyasət, diplomatiya, cəmiyyət, iqtisadiyyat, tarix və ədəbiyyat kimi mövzuları əhatə edən dərslər keçirilir.

Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tarix
2016.06.01 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla