Yuxarı

İtaliyalı jurnalistdən Qarabağla bağlı məqaləyə - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı jurnalist Domeniko Letisiya "L`Opinione" qəzetində digər italyan jurnalist Can Mikalessinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair "Il Giornale" qəzetində dərc olunmuş qərəzli məqaləsinə cavab verib.

Axar.az xəbər verir ki, C.Mikalessi məqaləsində münaqişə, xüsusilə də cari il aprelin 2-də qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini dəstəkləyən, Azərbaycana qarşı qərəzli, təxribatçı və iftiralarla dolu fikirlərlə çıxış etmişdi.

Domeniko Letisiya "Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirərək" adlı cavab məqaləsində münaqişəni təhlil edib, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərini işğal etməsinin və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların sənədlərinə Ermənistanın məhəl qoymamasının dayandığını vurğulayıb. Azərbaycanın beynəlxalq humanitar hüququn normalarına hörmət edən nizami silahlı qüvvələrə sahib olduğu, əksinə, Ermənistan tərəfindən mülki əhaliyə qarşı amansızlığı ilə tanınmış "ASALA" erməni terrorçu təşkilatının nümayəndələrinin döyüşdüyü qeyd edilib. Müəllif erməni mənbələrinin yaydığı rəsmi məlumata əsasən, 2-5 aprel hərbi əməliyyatları zamanı 83 erməni hərbi döyüşçünün həlak olduğunu, bunun 65 nəfərinin və ya 78 faizinin Ermənistan mənşəli şəxslər olduğunu, bu faktın Azərbaycan ərazilərinin məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu sübut etdiyini bildirib. Daha sonra D.Letisiya Ermənistanın ölkəmizə qarşı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş kimyəvi silahdan (ağ fosfor) istifadə etməsi və Ermənistanın keçmiş baş naziri, hazırda parlamentin üzvü Qrant Baqratiyanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsini də oxucuların diqqətinə çatdırıb.

Müəllif, həmçinin cari il aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumundan, bu tədbirin əhəmiyyətindən, onun mötəbər iştirakçılarından bəhs edib, onların Azərbaycanla bağlı müsbət fikirlərinə yer verib, Azərbaycanın multikulturalizm modelinə diqqəti cəlb edib. Bunun əksinə olaraq, Ermənistanda qeyri-demokratik mühitin, avtoritar hakim rejimin mövcud olduğu, ötən ilin dekabrında Ermənistanda hakim rejimin öz hakimiyyətini əbədiləşdirmək üçün konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə saxtalaşdırılmış referendum keçirdiyi vurğulanıb. Həmin konstitusiya dəyişikliklərinin və referendumun Avropa Şurası tərəfindən pislənildiyini, habelə bu dəyişikliklərə qarşı ölkədə iğtişaşların baş qaldırdığını qeyd yazan müəllif əlavə edib ki, Ermənistan hakimiyyətinin məhz məlum 2-5 aprel avantürasına getməkdə məqsədi diqqəti ölkədaxili problemlərdən yayındırmaq olub.

Tarix
2016.06.02 / 20:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla