Yuxarı

Turizm bölgəsinə gedən yol təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bölgələrdə turizmin və kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədi ilə uzunluğu 24 km olan Xaçmaz-Xudat və 21 km uzunluğunda olan Xudat-Nabran avtomobil yollarının təmir-bərpası işləri aparılır.

"Azəravtoyol" ASC-dən Axar.az-a verilən məlumata görə, hər iki avtomobil yolu iki hərəkət zolaqlı olmaqla hərəkət hissələrinin eni 7 metr təşkil edir.

Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınır. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.

"Yolun 1,3 km-lik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq, çıxarılır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək", - deyə məlumatda vurğulanıb.

Xudat-Nabran avtomobil yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək.

Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

Tarix
2016.06.04 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla