Yuxarı

"Qarabağ" Avstriyada çempion oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Vyana ikinci əyalət liqasında mübarizə aparan "Qarabağ" komandası həvəskar klublar arasında kubok yarışının finalında Avstriya paytaxtının "SV Gersthof" klubu ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, mübarizə apardığı ikinci əyalət liqasının cədvəlində liderliyi və növbəti mövsümdə yuxarı liqaya yüksəlməyi təmin edən "Qarabağ" yaşıl meydana favorit kimi çıxıb. Qarşılaşmanın ilk yarısında qapılar qarşısında gərgin vəziyyətlər qeydə alınsa da, hesab açılmayıb. İkinci hissədə təşəbbüsü tam ələ alan "Qarabağ" hücumların sayını və kəsərini daha da artırıb. Matçın 66-cı dəqiqəsində "Qarabağ"ın hücumçusu Srdan Pavlov komandasını hesabda irəli çıxarıb. O, 77-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirərək dubl edib və hesab arasındakı fərqi artırıb.

Beləliklə, oyunda 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ" komandası 2015-2016-cı il mövsümündə həvəskar klubların yarışdığı Toto Kubokunun qalibi olub.

Tarix
2016.06.08 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla