Yuxarı

FHN-də Formula-1-lə bağlı görüş keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək 2016-cı il Formula-1 Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə FHN-in Formula-1 yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

Giriş sözü ilə çıxış edən FHN-in Formula-1 üzrə əlaqələndiricisi polkovnik Cavanşir Həşimov görülən işlərdən ətraflı bəhs edib, belə tədbirlərin keçirilməsinin yarışlar öncəsi əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək edəcəyini vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Əməliyyat departamenti obyektlərin idarəedilməsi üzrə mütəxəssisi Ləman Həsənova, Əməliyyat departamenti idman üzrə menecerinin müavini Vladislav Vorapayev, Təhlükəsizlik departamentinin təhlükəsizlik üzrə koordinatoru Məsturə Ədilova Formula-1 yarışları zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışmış, yarışlar müddətində baş verə biləcək hər hansı bir hadisəyə operativ reaksiya verilməsinin zəruriliyini vurğulayıblar.

Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.

Tarix
2016.06.08 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla