Yuxarı

Ermənilərin növbəti kələyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Ukraynanın Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilərin təxribata əl atmasıyla bağlı xəbər barədə oxucularımız məlumatlıdır.

Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub. Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. İdmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" alaraq cırıb ayaq altına atıblar. Dava emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.

Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilərin bəziləri travmatik silahla soydaşlarımıza hücum edib. Həmyerlilərimiz arasında bəziləri xəsarət alıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən məlumatda isə deyilirdi ki, ermənilərin hücumu nəticəsində konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Bildirilirdi ki, onlar hazırda Lvovdakı xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır...

Hadisədən az qala bir aya yaxın vaxt keçməsindən sonra Moderator-a Ukraynadakı məlumatlı mənbədən verilən məlumata görə, onsuz da Ukraynada at oynadan ermənilər erməni əslli daxili işlər naziri Avakovun gəlişindən sonra özlərini bu ölkənin gerçək sahibləri hesab etməyə başlayıblar və digər millətlərin nümayəndələrini sıxışdırmağa nail olublar. Bu cür erməni fitnəkarlığı azərbaycanlılardan da yan keçməyib. Belə ki, həmin davadan sonra ermənilərlə azərbaycanlarıların guya barışaraq bir-birindən üzr istəməsi üçün qarşılıqlı razılaşma əldə olunsa da, ermənilər bu dəfə də erməniliklərinə sadiq qalıblar. Bu azmış kimi barışıq aktı Lvovda kilsədə baş tutub. Azərbaycan tərəfi yaranan anlaşılmazlığa görə erməni tərəfindən üzr istəsə də, qarşı tərəf verdiyi sözə xilaf çıxaraq azərbaycanlıları pərt duruma salıb. Kilsədəki həmin görüşdə iştirak edən azərbaycanlıların adları məlumdur, amma sayt yazır ki, onların pərt duruma düşməmələri üçün təfərrüata varmağı lazım bilmir...

Mənbənin sözlərinə görə, azərbaycanlıların sıxışdırılmasına qarşı Ukraynadakı səfirliyimizin əməkdaşlarının cəhdləri çox uğursuz alınıb və belə demək mümkünsə, azərbaycanlılar təkcə Lvovda deyil, artıq digər iri şəhərdlərdə də məhz Avakovun xüsusi təlimatı ilə sıxışdırılmağa başlanılıb.

Buna görə də bu ölkədə yaşayan azərbaycanlılar indidən həyəcan təbili çalmağa başlayıblar ki, Ukraynada erməni küləyi hər ötən gün daha sərt əsməyə və fəsadlar törətməyə başlayıb. Hesab edirlər ki, rəsmi Bakı bununla bağlı Poroşenko hökuməti ilə çox açıq şəkildə danışmalıdır, əks halda bu ölkədəki soydaşlarımızın deportasiyası, daha doğrusu, məcburi olaraq Ukraynanı tərk etmələri qaçılmaz olacaq...

Tarix
2016.06.12 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla